AZƏRBAYCAN MİSİRDƏ KEÇİRİLƏN SƏRGİDƏ TƏMSİL OLUNMUŞDUR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Misirin paytaxtı Qahirədəki Amerika Universitetində “Beynəlxalq gün” adlı sərgi keçirilmişdir. Sərgidə 25 ölkənin, o cümlədən Azərbaycanın mədəniyyəti və incəsənəti, o cümlədən milli kulinariyası təmsil olunmuşdur. Ekspozisiyada torpaqlarımızın 20 faizini işğal altında saxlayan ermənilərin vəhşiliklərini əks etdirən kitab və jurnallar, o cümlədən “Armenian Terror”, “Genocide”, “Khojaly” kitabları, DVD və CD disklər nümayiş etdirilmişdir. Misirdəki Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri sərginin qonaqlarına ölkəmiz haqqında ətraflı məlumat vermiş, DVD və CD disklərini ABŞ, Böyük Britaniya, Yunanıstan, Finlandiya, Hollandiya, Çin, Yaponiya, Tailand, Pakistan, İraq, Hindistan, Səudiyyə Ərəbistanı, Bəhreyn, Fələstin və Misir təmsilçilərinə paylamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]