AZƏRBAYCAN MÜŞAHİDƏÇİLƏRİN TƏNQİDİNƏ CAVAB VERİR
AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.
Gözlənildiyi kimi, 6 noyabr parlament seçkiləri zamanı çoxlu pozuntu qeydə alınmışdır. Bütün rəy sorğularına görə, bu pozuntular Yeni Azərbaycan Partiyasının qələbəsinə təsir göstərə bilməzdi. Pozuntular barədə xəbərlərin yayılmasına səbəb odur ki, seçki məntəqələrində səsvermə və səslərin hesablanması prosesini Azərbaycandan minlərlə müşahidəçi izləyirdi. Birmandatlı seçki dairələrində 1800 namizədin parlamentdə 125 yer uğrunda, - bu isə 14-ün 1-ə olan nisbətidir, - mübarizə aparması faktının özü məyusluq doğurur və dövlətin parlament sisteminin mükəmməl olmadığını göstərir.
ATƏT, AŞPA, Avropa Parlamenti və NATO Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Müşahidəçilər Missiyası seçkilər barədə özünün ilkin qiymətində builki seçkilərin gedişində əldə edilmiş xeyli tərəqqini xatırlatmamışdır. Tənqidin əksər hissəsinin ədalətli olmasına baxmayaraq, tənqid, ümumən, subyektiv və qərəzlidir, builki səsvermə prosesində olan aşkar yaxşılaşma halları tanınmayınca, beləcə də qalacaqdır.
Beynəlxalq Missiyada ABŞ-ın, əsasən, qeyri-hökumət təşkilatlarını təmsil edən bəzi rəsmi şəxslər öz tənqidində daha subyektiv idi və Missiyanın hesabatına heç də az təsir göstərmədilər. Hesabatı seçkilərdən sonra keçirilən mətbuat konfransında təqdim edən konqresmen Alsi Hastinqs demişdir: “Seçkilər beynəlxalq standartlara cavab vermir”. Halbuki hesabatda deyilirdi ki, “seçkilərin nəticələri Azərbaycanın beynəlxalq birlik qarşısında bir sıra öhdəliklərini əks etdirmir”. Beləliklə, televiziya vasitəsilə verilən bəyanatla Hastinqs Azərbaycanın siyasi mənafeləri sahəsinə, əslində az adamın axıradək oxuduğu hesabatın özündən daha çox təzyiq göstərməyə çalışır.
Human Rigth Watch Agentliyi öz qiymətində daha da uzağa gedərək, Azərbaycanda seçkiləri şikayətə əl yeri qoymadan pisləmişdir: “Azərbaycan hökuməti ölkədə şəffaf və ədalətli seçkilər keçirilməsinin mümkünlüyünü məhv etmişdir”. Elə həmin mənbə bildirir ki, “hökumət beynəlxalq hüquq normalarını əsas götürməmişdir”. Əslində isə, Azərbaycan hökuməti ABŞ hökuməti tərəfindən bəyənilmiş normaların, demək olar, hamısını qəbul etmişdir.
Avropa Parlamentini təmsil edən avropalı təmsilçilər öz şərhlərində tarazlı idilər və seçkilərin gedişində qeydə alınmış müəyyən tərəqqini təsdiqləmişlər.
Vaşinqtonda ABŞ Dövlət Departamentinin mətbuat katibi Adam Ereli seçkilər zamanı tərəqqi əldə olunduğunu aydın şəkildə etiraf etmiş, bununla da Beynəlxalq Müşahidəçilər Missiyasının məruzəsində deyiləndən fərqli mövqe bildirmişdir. ABŞ Dövlət Departamentinin bəyanatı bir çox cəhətdən ATƏT-in məruzəsinə əsaslansa da, ATƏT-in qiymətlərinin, adətən, qeyd-şərtsiz tanınması mənasında indiki halda istisnadır.
Lakin Azərbaycan hökuməti artıq qiymətləndirilmiş olan vəziyyətə öz qiymətini vermək niyyətində deyildir. Prezident İlham Əliyev və onun hökuməti tənqidə reaksiya vermək bacarığını göstərdilər. İlham Əliyev televiziya ilə çıxışında bildirdi ki, hökumət müşahidəçilərin məlumatını diqqətlə araşdıracaqdır, çünki onların rəyi bizim üçün çox vacibdir və əgər rəsmi şəxslərdən kiminsə pozuntularda əli olsa, o, qanun qarşısında cavab verəcək, təqsirkarlar cəzalandırılacaqlar. Əliyev 8 seçki dairəsində kobud pozuntular olduğunu etiraf etmişdir.
Ertəsi gün Mərkəzi Seçki Komissiyasının başçısı Məzahir Pənahov təsdiqləmişdir ki, bəzi seçki dairələrində kobud pozuntular qeydə alınmışdır və orada təkrar seçkilər keçiriləcəkdir.