Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə

Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Akademik deyib ki, iki dildə çap olunan “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarı ilə nəşr olunub. Bu, onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir.

Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşməsinə və inkişaf etməsinə, eləcə də birgə tədqiqatlar aparılmasına “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”i böyük təkan verəcək.

İ.Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. İnstitutda fəaliyyət göstərən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsində aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, özbək ədəbiyyatının Azərbaycanda yaşayıb yaratmış tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli təqdimatı keçirilən lüğətin çapdan çıxmasını dərin tarixə və çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. O deyib: “Lüğət hər iki ölkə üçün böyük əhəmiyyətə malik tarixi hadisədir. Yeni nəşr Azərbaycan alimlərinin özbək həmkarları ilə ortaq işidir və bu iş davam edəcək. Növbəti layihə böyük özbək mütəfəkkiri Əlişir Nəvai ilə bağlı olacaq”.

Sonra Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada 35 milyondan çox insan özbəkcə danışır. Özbəkistanda isə 40 mindən çox azərbaycanlı yaşayır. Bu baxımdan yeni nəşr olunan lüğət iki ölkənin təhsil və mədəniyyətinin inteqrasiyasında, elmi-ədəbi əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Alim qeyd edib ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

Bildirilib ki, fərqli tarixi inkişaf yolu keçmələrinə baxmayaraq, bu iki dilin kökü, özəyi, anası ümumi türk dilidir. Lüğətin nəşri Azərbaycan və özbək dilləri arasında daha güclü, qüvvətli bir körpü qurmaq məqsədi daşıyır.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs ediblər.

Özbəkistanlı qonaqlar - ədəbiyyatşünas alim Babaxan Məhəmməd Şərif, tarixçi-publisist Şuhrat Barlas və şairə Xasiyət Rüstəm çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə nəşr olunub. Layihənin rəhbəri və “Ön söz”ün müəllifi mərkəzin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə Azərbaycan tərəfdən İsmayıl Məmmədli və Almaz Ülvi Binnətova, Özbəkistan tərəfdən isə ədəbiyyatşünas alim Babaxan Məhəmməd Şərif və professor Şahista Kamranlıdır. Nəşrə akademik Möhsün Nağısoylu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun Lüğətşünaslıq şöbəsinin müdiri, dosent Abduvahab Mədvəliyev rəy veriblər. Lüğətin elmi məsləhətçiləri isə Azərbaycan tərəfdən akademik İsa Həbibbəyli və Özbəkistan tərəfdən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Akademik: “Türk dillərinin ekologiya terminləri lüğəti” ortaq elmi yanaşmanın bariz ifadəsidir

Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama

Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

"Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın"

ADPU professorunun kitabı Türkiyədə təqdim edilib

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Sosial mediada psixi pozuntuların aşkarlanması ilə bağlı tədqiqat aparılıb

Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib

Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

“Meta” Avropa İqtisadi Zonasında rəqib süni intellekt çat-botları üçün “WhatsApp”a girişi müvəqqəti açacaq

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır

Siyasi şərhçi: Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunəsi idi

Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır

Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

Bakı yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib ŞƏRH

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Robert Levandovski “Barselona”nı tərk edir

Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq

XVII UNEC Karyera və əmək yarmarkası

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm

Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb

İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Hörmüzün yaratdığı problemlər artmaqdadır

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur

Trampın təyyarəsi Çinə eniş edib

Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib

İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Sabirabadda narkotik asılılığının yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub

Şuşa şəhərinin semantikası - elmi seminar

Prorektor: BDU tələbələri WUF13 ilə əlaqədar maarifləndirici layihələrə qoşulurlar

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib - ŞƏRH

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

İdarə Heyətinin sədri: İnklüziv şəhərlər artıq qlobal çağırışdır

Eyni siyasi məntiqin fərqli coğrafiyalardakı təzahürü - ŞƏRH

Rəşad Əzizov: Süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb

Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq

Naxçıvanda 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq

“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanış olublar

İl yarımlıq fasilədən sonra ABŞ-dən Çinə birbaşa LNG tədarükü iyun ayında başlaya bilər