Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Bakı, 26 aprel, AZƏRTAC

Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

Aprelin 26-dan 28-dək keçirilən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti festival və forumda iştirak edir.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Festivalın açılış mərasimində, həmçinin TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında qeyd edib ki, son illər qardaş ölkələrdə təşkil olunan beynəlxalq festivallar, müsabiqələr, konfranslar xalqlarımızın mənəvi birliyinin təmin olunması, ümumi dəyərlərimizin qorunub saxlanılması və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.

Özbək nazir 2023-cü ilin oktyabrında Azərbaycanın Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunun dostluq münasibətlərimizin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynadığını deyib.

IV Beynəlxalq Baxşı Sənəti Festivalı haqqında danışan nazir Özbəkistanda şifahi xalq yaradıcılığının gözəl və nadir nümunəsi olan baxşılıq (aşıq) sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Deyib ki, iki ildən bir keçirilən festival bu ulu sənətin yaşadılması və təbliği baxımından əhəmiyyətli tədbirdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib.

Forumun UNESCO, ICESCO-nun himayəsi və türk əməkdaşlıq təşkilatlarının tərəfdaşlığı ilə keçirilməsinin əhəmiyyətini vurğulayan nazir deyib: “Bu gün Xivə şəhəri növbəti mötəbər tədbirə ev sahibliyi etməklə yanaşı, həm də Türk dünyasının ortaq dəyərlərini qorumaq, mühafizə və beynəlxalq səviyyədə təbliğ etmək missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, dövlət qurumları, akademik dairələr, mədəniyyət xadimləri, media nümayəndələrini bir araya gətirib. İnanırıq ki, forumda aparılacaq müzakirələr, qəbul olunacaq qərarlar Türk dünyasında mədəni əməkdaşlığın dərinləşməsinə və birliyimizin möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Qeyd olunub ki, son iki ildə Türk və İslam dünyasının mədəniyyət paytaxtı missiyasını yerinə yetirmiş Azərbaycanın Şuşa şəhəri 2023-cü ildə I Türk Dünyası Mədəniyyət Forumuna da uğurla ev sahibliyi edib. “İlk Forum Türk dünyasının əməkdaşlıq təşkilatları və iştirakçı dövlətlərin mədəniyyət institutlarını bir araya topladı, müvafiq sahələr üzrə ortaq problemlərin müzakirəsi və həlli üçün platforma yaradıldı. Müxtəlif sahələri təmsil edən ziyalılarımız və mütəxəssislərimiz üç vacib mövzu – ortaq mədəni irs, dil və yaradıcı sənayelər ətrafında müzakirələr apardılar və mədəniyyətimizin gələcəyi üçün innovativ həllər formalaşdırıldı. Birinci Forumda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ilk dəfə Türk Dünyası Mədəni Marşrutu layihəsi təqdim edildi, mədəni irs sahəsi üzrə rəhbər şəxslərin ilk görüşü keçirildi və Türk Animasiya Assosiasiyasının təsis edilməsi təşəbbüsü müzakirə edildi. Sevindirici haldır ki, birgə təşəbbüsümüz dövlət başçılarının da təqdirinə layiq görülüb. Ötən ilin noyabrında Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulayıblar.

Əminəm ki, Şuşada başladığımız və qala-şəhərimizlə qardaşlaşan Xivədə davam edən dayanıqlı mədəni əməkdaşlıq formatı bizim üçün yeni üfüqlər açacaq”, – deyə Adil Kərimli bildirib.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində türk dövlətləri, təşkilatları və xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi, ortaq dəyərlərimizin birgə təbliği dayanır: “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi üçün rəhbər şüara çevrilib. Bununla yanaşı, ötən ilin iyul ayında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü zamanı Prezident İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” ifadəsi bizim fəaliyyətimizdə əsas məqsəd və əsas amaldır”.

Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə qardaş ölkələr tərəfindən verilən töhfə ortaq tarixi-mədəni irsimizə ehtiramın bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, eləcə də Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşası davam edən orta məktəb əsl qardaşlıq və həmrəyliyin təzahürüdür. Bu cür layihələr təkcə infrastruktura deyil, həm də Türk dünyasının ortaq yaddaşının yenidən qurulmasına xidmət edir.

Nazir çıxışının sonunda festivalın və forumun işinə uğurlar arzulayıb.

Digər çıxış edənlər də hər iki tədbirin Türk dünyasının birliyi və əməkdaşlığı üçün vacibliyini vurğulayıb, bu cür mədəniyyət layihələrinin davamlı təşkilinin önəmini diqqətə çatdırıblar.

Qeyd edək ki, IV Beynəlxalq Baxşı Sənəti Festivalı çərçivəsində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib