Azərbaycan Pekində Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunur
Pekin, 25 sentyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində Qlobal Dayanıqlı Nəqliyyat Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı nəqliyyat: dünyanı birləşdirən logistika” mövzusunda keçirilən forumda plenar iclaslar, nazirlər forumu və müxtəlif mövzularda müzakirələr daxil olmaqla geniş gündəm təqdim olunur. Tədbirin məqsədi qlobal nəqliyyat əməkdaşlığının inkişafı, habelə təhlükəsiz, səmərəli, ekoloji cəhətdən təmiz, inklüziv və dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün yüksək səviyyəli platforma təmin etməkdir.
Müxtəlif ölkə rəsmilərinin, nəqliyyat nazirlərinin, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətləri rəhbərlərinin, ekspertlərin iştirak etdiyi foruma Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]