Azərbaycan Premyer Liqası: "Sabah" komandası "Turan Tovuz"u məğlub edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun açılış matçında "Sabah" komandası "Turan Tovuz"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma “Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisinin oyunçusu Davit Volkov açıb. 34-cü dəqiqədə Almaniyalı yarımmüdafiəçi Coy Lens Mikels ikinci qolu qapıdan keçirdikdən sonra əsgər salamı verib. Bölgə klubunun hücumçusu Runi Eva 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Elvin Camalov penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
"Sabah" bu qələbədən sonra xallarının sayını 16-ya çatdıraraq liderliyə yüksəlib. 10 xalı olan "Turan Tovuz" isə 4-cü pillədə qalıb.
Günün ikinci matçında "Neftçi" "ASCO Arena"da "Səbail"lə qarşılaşır.
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]