Azərbaycan Premyer Liqası: “Qəbələ”-“Zirə” oyununda qalib müəyyənləşməyib
Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Premyer Liqasının 13-cü turunun təxirə salınmış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” doğma meydanda “Zirə” klubunu qəbul edib. Görüşdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.
Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya çatdıraraq beşinci, aktivində 10 xalı olan “Zirə” isə yeddinci yerə yüksəlib.
Qeyd edək ki, “Qəbələ”-“Zirə” oyunu dekabrın 2-də hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.
Turun açılış matçında “Neftçi” səfərdə “Sabah”a (2:1), “Sumqayıt” isə doğma azarkeş önündə “Səbail”ə (1:0) qalib gəlib.
Tura bu gün keçiriləcək “Qarabağ”-“Keşlə” matçı ilə yekun vurulacaq.