AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT DEPARTAMENTİNİN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Kiyevdə, “Qorodetski Evi”ndə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qreyi və ABŞ Dövlət katibinin müşaviri Mətyu Brayzəni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərə, o cümlədən enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
######
