AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də ABŞ Konqresinin üzvləri Adam Şif, Elison Şvarts və Ueyn Gilkrestdən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, ABŞ nümayəndə heyətinin səfəri qonaqlara bu proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaqdır.
Qonaqlar ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşlərindən məmnun olduqlarını söylədilər. Bildirdilər ki, səfərin əsas məqsədi Azərbaycanda və regionda gedən proseslərlə yaxından tanış olmaqdan ibarətdir.
######
