AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkeli və Yevgeniya Jivkovanı qəbul etmişdir.
Görüşdə Azərbaycanla AŞPA arasında əməkdaşlığa və həmməruzəçilərin ölkəmizə səfəri ilə bağlı müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıldı.
######
