Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI METROSUNUN YENİ TİKİLƏN STANSİYALARI İLƏ TANIŞ OLMUŞDUR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI METROSUNUN YENİ TİKİLƏN STANSİYALARI İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 27-də Bakı metrosunun yeni tikilən “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları ilə tanış olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə tikintisi başa çatmaqda olan “Nəsimi” stansiyasının yerləşdiyi əraziyə gəldi, inşaat işlərinin açıq üsulla aparıldığı sahə və Bakı Metropoliteninin üçüncü növbəsinin şimal sahəsinin sxemi və perspektiv inkişaf sxemləri ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, “Nəsimi” stansiyasının davamı olaraq çəkilən xətt ilin sonunadək digər stansiya ilə birləşdiriləcəkdir. Metropolitenin yeni stansiyalarının çəkilməsi ilə bağlı layihələr də vardır. Bu layihələr, ilk növbədə, şəhərdaxili şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam ödənilməsini nəzərdə tutur. Ölkəmiz müstəqillik qazandıqdan sonra tikilən ilk stansiya olan “Nəsimi” stansiyasının inşası bütünlüklə yerli mütəxəssislərə tapşırılmışdır. Gələcəkdə metronu Sumqayıta qədər uzatmaq nəzərdə tutulur. Perspektivdə Badamdar və Günəşli yaşayış massivlərinə metro xətlərinin çəkilməsi planlaşdırılır.

Son tamamlanma işlərinin aparıldığı “Nəsimi” stansiyası ilə tanışlıq enerji blokundan başladı. Daha sonra Prezident İlham Əliyev stansiyanın platforması ilə tanış oldu.

Bakı Metropolitenində ən müasir avadanlıq ilk dəfə məhz bu stansiyada quraşdırılmışdır. Tikintisinə 2006-cı ildə başlanmış stansiyanın ağır hidrogeoloji şəraitdə inşa olunmasına baxmayaraq, işlər vaxtından tez yerinə yetirilmişdir. Stansiyada, ilk dəfə olaraq, qatarların hərəkətinin tənzimlənməsi və texniki nəzarət kompyuterləşdirilmişdir. Stansiya işə düşdükdən sonra burada 251 nəfər işlə təmin olunacaqdır. “Memar Əcəmi” stansiyasından “Nəsimi” stansiyasına qədər xəttin uzunluğu 2660 metr, yeni stansiyada platformanın uzunluğu isə 102, eni 18 metrdir. Dörd çıxışı olan stansiyada eskalatorlar quraşdırılmışdır.

Paytaxtın 6 və 9-cu mikrorayonlarını birləşdirən stansiyanın ətrafı abadlaşdırılmış, yaxınlıqdakı binalarda təmir-bərpa işləri aparılmışdır.

Ərazidə yaşayan sakinlər də insanların rahatlığı üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər.

İLHAM ƏLİYEV: Görürsünüz, Binəqədi rayonu necə gözəlləşir, abadlaşır.

SAKİNLƏR: Cənab Prezident, çox sağ olun. Bəli, hər şey göz qabağındadır. Bunlar hamısı Sizin diqqətiniz sayəsində olmuşdur. Binəqədi camaatı bunu yaxşı başa düşür.

İLHAM ƏLİYEV: Metro insanların rahatlığı üçün əsas nəqliyyat vasitəsidir.

SAKİNLƏR: Bəli, cənab Prezident, metronun işə düşməsi ilə əlaqədar yeni iş yerləri də açılır. Allaha çox şükür, indi hər cür şərait var.

İLHAM ƏLİYEV: Əlbəttə, həm də metro çox gözəl tikilir. İnsanlara rahatlıq yaradacaqdır.

SAKİNLƏR: Cənab Prezident, hər şey çox gözəldir. Yeni avtovağzal da tikilir, körpülər, yollar salınır. Bütün bunlar insanlara göstərilən diqqətdir. Ölkəmiz günbəgün dəyişir. Biz Sizi həmişə dəstəkləyirik.

İLHAM ƏLİYEV: Çox sağ olun. Bütün ölkədə, o cümlədən Bakı şəhərində, Bakının bütün rayonlarında böyük quruculuq işləri gedir.

SAKİNLƏR: Hörmətli Prezident, gənclər Sizi daha çox sevir. Bu da təbiidir. Sizin onlara qarşı diqqətiniz böyükdür. Bu yaxınlarda Olimpiya oyunlarından gənclərimiz alnıaçıq qayıtdılar. Sizi, xalqımızı hamımız ürəkdən təbrik edirik. Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalandı.

İLHAM ƏLİYEV: Sağ olun. Sizə də cansağlığı və uğurlar arzulayıram.

SAKİNLƏR: Biz də Sizə uğurlar arzulayırıq. Sizə minnətdarıq.

Sonra Prezident İlham Əliyev metronun tikintisi davam edən “Azadlıq prospekti” stansiyasına gəldi. Həmin stansiya paytaxtın Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları arasında yerləşir.

Dövlətimizin başçısına burada 2007-ci ilin avqust ayından başlanan tikinti-quraşdırma işləri barədə məlumat verildi. Bildirildi ki, “Nəsimi” stansiyasını “Azadlıq prospekti” stansiyası ilə birləşdirəcək tunelin uzunluğu 1300 metr olacaqdır. İndiyədək burada təxminən 50 min kubmetr torpaq, 4 min 500 kubmetr beton işi görülmüşdür. Tikintidə 150 nəfər çalışır. Artıq platforma və hər iki giriş inşa olunmuş, stansiyanı elektrik enerjisi ilə qidalandıracaq yardımçı stansiya tikilmişdir. Azərbaycanda ilk dəfə məhz bu stansiyada platformanın tavanı tağ şəklində inşa olunmuşdur. Tikinti işlərini “Azərmetrotuneltikinti” Qapalı Səhmdar Cəmiyyəti görür. Ehtiyac olduqda, iş dörd növbədə aparılır.

Prezident İlham Əliyevə “Azadlıq prospekti” stansiyasının davamı kimi nəzərdə tutulan stansiyalar və bununla bağlı görüləcək tədbirlər barədə geniş məlumat verildi.

“Bakımetrolayihə” İnstitutu stansiyanın daxili görünüşünün iki variantda layihəsini hazırlamışdır. Hər iki layihə ilə tanış olan Prezident İlham Əliyev birinci variantı bəyəndi. “Azadlıq prospekti” stansiyasının dərinliyi 12 metr, uzunluğu isə 220 metrdir. Stansiyanın tikintisi 2009-cu ilin sonunda başa çatdırılacaqdır.

Dövlətimizin başçısına “Azadlıq prospekti”-“Dərnəgül deposu” stansiyaları arasındakı ərazinin torpaq planı da nümayiş etdirildi.

Tikinti işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev metronun bu stansiyasında və ətraf ərazilərdə görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi