AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTANIN VİTSE-PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Prezident sarayında Bolqarıstan Respublikasının vitse-prezidenti Angel Marini qəbul etmişdir.
Azərbaycan-Bolqarıstan əlaqələrinin uğurla inkişaf etdiyindən razılığını söyləyən dövlətimizin başçısı bildirdi ki, GUAM-ın Bakıda keçirilən zirvə görüşündə Bolqarıstan nümayəndə heyətinin iştirakı ikitərəfli münasibətlərin genişlənməsinə təkan verəcək, habelə dünyada GUAM-ın artmaqda olan əhəmiyyətinin təsdiqidir. Azərbaycan və Bolqarıstan rəhbərlərinin qarşılıqlı səfərləri, onların arasında yaranmış dostluq münasibətləri də dövlətlərimizin əlaqələrinin möhkəmlənməsi üçün yaxşı bazadır.
Bolqarıstanın vitse-prezidenti Angel Marin GUAM-ın Bakıdakı zirvə görüşündə ölkəsinin nümayəndə heyətinin iştirakından məmnun qaldığını bildirdi və Azərbaycan torpağında qonaqpərvərliklə qarşılandığını vurğuladı. O dedi ki, zirvə görüşündə Bolqarıstanın iştirakı regionun inkişafı ilə bağlı məsələlərdə GUAM-ın rolunun artdığını göstərir.