AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN BAŞ NAZİRİ FERENTS DYURÇANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Macarıstanın Baş naziri Ferents Dyurçanı qəbul etmişdir.
Dövlətimizin başçısı Macarıstanın Baş naziri ilə görüşünü məmnunluqla xatırladaraq dedi ki, onun ölkəmizə bu səfəri əlaqələrimizin hazırkı vəziyyətini, perspektivlərini nəzərdən keçirmək üçün yaxşı imkan yaradır. Azərbaycan-Macarıstan əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev cənab Ferents Dyurçanın respublikamıza səfərinin səmərəli keçəcəyinə, ölkələrimizin ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə yaxşı perspektivləri olduğunu və bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Ölkələrimizn bütün sahələrdə əlaqələrinin uğurla inkişaf etdiyini söyləyən Baş nazir Ferents Dyurçan Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verdi və bu görüşlərin məhsuldar olduğunu qeyd etdi. O, Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğuladı.
######
