RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərinin ikinci günü - noyabrın 6-da Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlmişdir.
Dövlətimizin başçısını TBMM sədrinin müavini Nevzat Pakdil və Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər parlamentin binası önündə böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev parlamentin iclas salonuna gəldi.
TBMM sədrinin müavini xanım Güldal Mumcu Azərbaycan Prezidentini millət vəkilləri adından salamladı.
Dövlətimizin başçısı parlamentdə nitq söylədi.
######