AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Boris Klimçukun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Boris Klimçuk etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini söylədi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdə diplomatik fəaliyyəti qarşılıqlı münasibətlərin daha da inkişafına xidmət edəcəkdir.
Səfir Boris Klimçuk dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir.
######
![]() |
![]() |

