Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri
Berlinin Tegel Hava Limanında qarşılanma VİDEO
Berlin, 20 yanvar, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
Berlinin Tegel Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.