Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Sağ olun, hörmətli Viktor Andreyeviç!

Hörmətli xanımlar və cənablar!

Əvvələn, məni ölkənizə rəsmi səfərə dəvət etdiyinə görə, ölkənizdə olduğumuz ilk gündən mənə və bizim nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə Ukrayna Prezidentinə təşəkkür etmək istərdim.

Viktor Andreyeviçin qeyd etdiyi kimi, bu gün biz ikitərəfli münasibətlərin xarakterini və gələcəyini müəyyən edən məsələlərin çox geniş spektrini müzakirə etdik. Bu məsələlər çoxşaxəlidir, onlar həm iqtisadi və siyasi, həm də humanitar seqmentləri əhatə edir. Bütün bu istiqamətlərdə biz hər iki ölkənin bir-birinə yaxınlaşmaq, birgə layihələr həyata keçirmək, artıq imzalanmış müqavilələr çərçivəsində konstruktiv iş aparmaq və bununla da Ukrayna və Azərbaycanın əməkdaşlığının daha yüksək səviyyəyə çatmasına şərait yaratmaq istəyini görürük.

Ölkələrimiz müstəqillik əldə etdiyi ilk vaxtdan onların arasında çox sıx və dostluq münasibətləri yaranmışdır. Deyə bilərəm ki, hazırda bu münasibətlər keyfiyyətcə yeni mərhələyə çatmışdır. Bu gün imzalanmış sənədlər, ilk növbədə siyasi xarakterli sənədlər buna sübutdur. Bu gün Dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır. Bu sənədin elə adı bizim münasibətlərin xarakterini və ruhunu əks etdirir. Prezidentlər Şurasının yaradılması haqqında qərar qəbul olunmuşdur. Ümid edirəm ki, bu format əməkdaşlığımızın prioritetlərinin müəyyən olunması baxımından, eləcə də qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət mənasında çox səmərəli olacaqdır ki, bu da çox vacibdir.

Viktor Andreyeviçin dediyi kimi, bu gün biz hər iki ölkədə davamlı iqtisadi artım və əmtəə dövriyyəsinin artımını müşahidə edirik. Bu da həm ölkələrimizin artan potensialının, həm də Ukrayna ilə Azərbaycan arasında səmimi siyasi qarşılıqlı əlaqələrin olmasının göstəricisidir. Siyasi baxımdan ölkələrimiz müttəfiqdir, beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu barədə mən bu gün Viktor Andreyeviçlə danışmışam, indi bir də demək istəyirəm. Mən Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında Azərbaycanın BMT-nin Baş Məclisində təklif etdiyi qətnaməni dəstəklədiyinə görə Ukrayna rəhbərliyinə və şəxsən Prezidentə təşəkkürümü bildirirəm. Bu, Ukrayna rəhbərliyinin prinsipiallığının daha bir təzahürü, Azərbaycana münasibətdə dostluğun daha bir təzahürü, münaqişələrin həllinə ədalətli münasibətin daha bir təzahürüdür.

Beləliklə, siyasi münasibətlər, prezidentlər arasında şəxsi münasibətlər başqa sahələrdə münasibətlərin istiqamətlərinin inkişafını da çox cəhətdən müəyyən edir. Bu gün biz növbəti energetika sammiti keçirilməsi ərəfəsindəyik. Əlbəttə, bütün başqa məsələlərlə yanaşı, energetika problemləri də bu gün fəal müzakirə olundu və əməkdaşlığı inkişaf etdirmək üçün bizim çox yaxşı perspektivlərimiz var.

Krakovda keçirilmiş birinci sammitdən sonrakı bir il ərzində görülən işlər onu göstərir ki, bu prosesin bütün iştirakçıları əməkdaşlığın möhkəmlənməsinə sadiqdirlər. Təbii ki, Ukraynanın və Azərbaycanın bu prosesdə fəal iştirakı bizim ciddi nəticələr əldə etməyimizə şərait yaradır.

Bunun üçün imkanlar var. Azərbaycan artıq dünya bazarlarına böyük həcmdə enerji daşıyıcıları göndərən ölkəyə çevrilmişdir. Bu, neftə və qaza, onların ixracının artırılması perspektivinə aiddir. Təbii ki, marşrutların şaxələndirilməsi bizim üçün vacib məqamdır və buna xeyli dərəcədə nail olmuşuq. Lakin indi biz öz enerji potensialımızı daha tam reallaşdırmağa imkan verə biləcək yeni layihələr üzərində işləyirik.

Bu gün biz humanitar əməkdaşlıq məsələsinə böyük diqqət yetirdik və bu sahədə münasibətlərin yüksək səviyyədə olmasını böyük məmnuniyyətlə vurğuladıq. Yaxın gələcəkdə Bakıda Ukraynanın böyük oğlu Taras Şevçenkonun abidəsinin açılışı gözlənilir. Bu, Azərbaycanda Ukraynaya, Ukrayna xalqına, Ukrayna mədəniyyətinə nə qədər böyük hörmət və məhəbbət bəslənməsinin yalnız bir təzahürüdür.

Bu gün biz bu sahədə fəal əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik ki, qarşılıqlı siyasi əlaqələrin yüksək səviyyəsi, müxtəlif dövlət qurumları, özəl qurumlar, nazirliklər arasında əməkdaşlıq həm də sırf insani ünsiyyətlə tamamlansın. Bunun üçün möhkəm tarixi baza var. İctimai-siyasi formasiyalardan asılı olmayaraq, ölkələrimiz və xalqlarımız arasında münasibətlər həmişə çox müsbət olmuşdur.

Mən danışıqların yekunlarından, bizim görüşümüzün nəticələrindən çox razıyam və əminəm ki, gələcəkdə qarşılıqlı əməkdaşlığın potensialını fəal surətdə artıracağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: (“Space” teleşirkəti, Azərbaycan): Mənim sualım hər iki prezidentədir. Siz qeyd etdiniz ki, son illərdə ölkələrimiz arasında iqtisadi münasibətlər dinamik inkişaf edir, ticarət dövriyyəsi genişlənir. Bu baxımdan bilmək maraqlı olardı, sizin fikrinizcə, qarşılıqlı investisiya qoyuluşunun konkret perspektivləri necədir?

VİKTOR YUŞŞENKO: Biz bunu əsas tuturuq ki, hazırda həm iqtisadi, həm də ticarət münasibətlərində mövcud olan dinamika sizin sualınıza müsbət cavab vermək üçün yaxşı zəmindir. Bizim Azərbaycanla müzakirə etdiyimiz məsələlər portfelində Azərbaycan tərəfinə təkliflərimiz, ilk növbədə, neftin Ukrayna ərazisində emal edilməsinə dair layihədir. Bu layihə barədə bizim işçi qrup çərçivəsində artıq ikinci dəfə söhbət getmişdir. Bildiyiniz kimi, energetika, neft və qaz nazirliklərinin mütəxəssislərindən təşkil edilmiş işçi qrup fəaliyyətdədir. Biz buna əsaslanırıq ki, iyulun 1-də bu qrupun işi barədə ilk hesabat alacağıq və bu cür investisiyaların mümkün olub-olmaması sualına ilk cavab o vaxt məlum olacaqdır. Bu investisiyalar bizim üçün çox vacibdir, özü də biz bu layihənin həyata keçirilməsinə kompleks yanaşmadan danışırıq. Onu nəzərdə tuturuq ki, yeni müəssisədə neftin dərin emalı ilə məşğul olmaq üçün gələn investor Ukrayna ərazisində özünün yanacaqdoldurma stansiyaları şəbəkəsini yaratmaq layihəsi ilə gəlir və ən başlıcası, müvafiq neft məhsullarının Avropa İttifaqı ölkələrinin ərazilərinə ixrac edilməsi üçün onun çox böyük potensialı vardır.

Bu gün biz aviasiya ilə bağlı çoxsaylı layihələr haqqında danışdıq. Bizim təkliflərimiz arasında elə layihələr var ki, bəlkə də, onlar hələlik qapalı variantda mövcuddur. Biz hərbi-texniki sahədə əməkdaşlıq barədə, bu və ya digər məhsulların istehsalı üçün səylərimizi birləşdirmək imkanları barədə danışdıq. Nəqliyyat və rabitə sahəsində yaxşı perspektivlər var. Kosmosun öyrənilməsi sahəsində yaxşı perspektivlər var. Bunlar bizim üçün milli sənayenin ənənəvi ixtisaslaşmasıdır və cənab Prezidentlə təkbətək danışıqlarda biz, mənim fikrimcə, Azərbaycan tərəfini maraqlandıra biləcək bir sıra layihələr haqqında söhbət etdik. Ümid edirəm ki, bu məsələlər öyrəniləcək və yaxın bir ay-ayyarım ərzində biz bu təşəbbüslərə ikinci dəfə qayıdacağıq.

Bundan əlavə, sabah başlanan zirvə toplantısında biz Xəzər neftinin nəql edilməsi üçün bütün marşrutun işə salınması məsələsinə dair təkliflər verəcəyik və bu layihə ilə əlaqədar bütün infrastruktur Azərbaycan tərəfi üçün açıqdır. Mən dostuma dəfələrlə demişəm və bu gün də səmimi vurğulamaq istəyirəm ki, biz Azərbaycan və Ukrayna biznesləri arasında inteqrasiyanın olduqca dərinləşməsində son dərəcə maraqlıyıq. Biz ürəkdən istəyirik ki, Azərbaycanın ölkə kimi və yaxud Azərbaycan biznesinin Ukraynada sanballı infrastrukturu olsun. Biz əminik ki, Ukraynanın geosiyasi imkanları, coğrafi şəraiti və nadir istehlak bazarı bu layihələri cazibədar edir. Mən ümid edirəm ki, biz bu təşəbbüslərin müsbət həllini tapacağıq. Sağ olun.

İLHAM ƏLİYEV: Mən əlavə etmək istəyirəm ki, biz ölkələrimizin qarşılıqlı investisiyalarını hərtərəfli alqışlayırıq və hesab edirəm ki, investisiyalara daha çox ehtiyac olan sahələrə sərmayə qoyulması üçün yaxşı imkanlar var. Hazırda Ukrayna və Azərbaycan öz iqtisadi potensialına görə ölkələrimizin hüdudlarından kənarda külli məbləğdə sərmayə qoymaq imkanına malikdir. Yəqin ki, cəmi 5-7 il bundan əvvəl belə imkanlar yox idi. İndi isə belə imkanlar, o cümlədən maliyyə imkanları var. Üstəlik, siyasi münasibətlər yüksək səviyyədə olanda, ölkələrimizin iqtisadiyyatına investisiyalar daha cəlbedici olur. Çünki istər şəxsi biznesin, istərsə də dövlət müəssisələrinin vəsaitləri olsun, bunlar adətən, o ölkələrə daha rahatlıqla yönəldilir ki, həmin ölkələrlə çox yaxşı siyasi münasibətlər olsun, bu isə bizim ölkələr üçün səciyyəvi haldır.

Son dövrlərdə Azərbaycan qonşu dövlətlərdə bir sıra iri investisiya layihəsi həyata keçirmişdir. Bu yaxınlarda tikilmiş neft və qaz kəmərlərinə qoyduğumuz investisiyaları nəzərə almasaq, həmin layihələrin ümumi həcmi 2,5 milyard dollardan çoxdur. Biz gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq. Ukraynanın energetika sektoru bizim üçün böyük maraq doğurur və Viktor Andreyeviçin dediyi kimi, bu gün həmin mövzu işçi qruplar səviyyəsində müzakirə edilmişdir. Energetikaya investisiya qoyulması ilə əlaqədar bütün məsələlər praktik olaraq müzakirə edilir və işçi qrupun fəaliyyətinin nəticəsi müsbət olacağı təqdirdə, - mən isə buna əminəm, - bu proses dərhal başlanacaqdır. Biz Azərbaycan iqtisadiyyatına, onun müxtəlif sektorlarına Ukrayna şirkətlərinin sərmayə qoymasında da maraqlıyıq. Hazırda biz iqtisadiyyatı şaxələndirmə siyasəti yeridirik. Biz əsas diqqəti qeyri-neft sektoruna yönəldirik, çünki neft-qaz sektorunda bizim qarşımızda duran bütün vəzifələr artıq həyata keçirilmişdir. Biz neft və qaz amilindən asılı olmayan iqtisadiyyat yaratmalıyıq. Ona görə də biz ukraynalı tərəfdaşlarımızın bu baxımdan bütün təşəbbüslərini və təkliflərini alqışlayırıq. İqtisadiyyatın inkişafı və ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması qarşılıqlı investisiyaların həcminin artırılmasını nəzərdə tutur. İnanıram ki, bu, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına kömək edəcəkdir.

SUAL (Birinci milli kanal, Ukrayna): Mənim birinci sualım Ukrayna Prezidentinədir. Viktor Andreyeviç, Sizin fikrinizcə, Odessa-Brodı marşrutu təxminən nə vaxt birbaşa rejimdə işə düşə bilər? Bu sualım isə Azərbaycan Prezidentinədir. Azərbaycan Odessa-Brodı kəməri üçün hansı həcmdə neft göndərməyə hazırdır və Sizin fikrinizcə, ilk müqavilələr nə vaxt bağlana bilər?

VİKTOR YUŞŞENKO: Bugünkü danışıqlar və işçi qrupunun təmasları çərçivəsində Odessa-Brodı neft kəmərinə, daha sonra Ukraynanın və başqa ölkələrin neft emalı müəssisələrinə Xəzər neftinin göndərilməsi məsələsinə texniki səviyyədə baxılmışdır. İndi kəmərin Bakı nefti ilə doldurulması barədə hesablamalarla bağlı işçi müzakirələr gedir, buna görə də mən deyərdim ki, məsələ texniki səviyyədədir.

İLHAM ƏLİYEV: Bildiyiniz kimi, bu məsələ çoxdan müzakirə edilir. İndi isə müzakirələr daha konkret xarakter daşıyır. Sabah energetika sammitində müzakirə ediləcək mövzulardan biri də bu layihə ilə bağlıdır. Azərbaycan həmişə ixracın şaxələndirilməsi siyasətinə tərəfdar olmuşdur. Mahiyyət etibarilə biz buna nail olmuşuq. Hazırda Azərbaycandan üç istiqamətdə neft nəql edilir və ya nəql edilə bilər. Boru kəmərlərindən ikisi Qara dəniz bazarına, biri isə Aralıq dənizi bazarına istiqamətlənmişdir. Lap bu yaxınlarda, cəmi bir neçə gün əvvəl Gürcüstanın Qara dəniz sahilindəki Kulevi şəhərində Azərbaycanın neft şirkəti tərəfindən tikilmiş yeni terminal açılmışdır. Bu, həm Gürcüstan iqtisadiyyatına Azərbaycanın birbaşa sərmayə qoyması, həm də Qara dənizdə güclü infrastruktur yaradılması deməkdir. Başqa sözlə, bu terminal müəyyən dərəcədə Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin cəlb olunmasını nəzərdə tutur və ümumiyyətlə, enerji dəhlizinin ayrılmaz tərkib hissəsidir.

Ümumiyyətlə, biz regional xarakterli enerji və nəqliyyat layihələri üzərində çox fəal işləyirik və bu istiqamətdə çox iş görülmüşdür. Odessa-Brodı layihəsi çərçivəsində əməliyyatların həyata keçirilməyə başlanmasının konkret müddətlərinə gəldikdə isə, mən əminəm ki, işçi qrup iyulun əvvəlinə həm iqtisadi, həm də texniki xarakterli konkret təkliflərini təqdim edəcəkdir. Sizə məlumdur ki, hazırda layihənin texniki-iqtisadi əsaslandırılması prosesi gedir. Bu gün biz həmin marşrutun təkcə nəzəri baxımdan deyil, həm də praktik cəhətdən testləşdirilməsi üçün müəyyən pilot layihələrinin imkanlarını müzakirə etdik. Ona görə ki, iqtisadi göstəricilər nəzəriyyədə bir, praktikada isə başqa ola bilər.

Təbii ki, biz həmişə bunu nəzərdə tutmuşuq və bu gün də Azərbaycanın həmin layihədə daha geniş kontekstdə iştirakını müzakirə etdik. Ona görə ki, Azərbaycan nefti Qara dəniz hövzəsinə sərbəst nəql edilir və Odessa-Brodı boru kəmərinin doldurulması üçün ondan istifadə edilə bilər. Lakin əməkdaşlığın daha geniş formatından - neftin emalı, distribyusiyası, neft məhsullarının Ukrayna bazarlarına və ola bilsin ki, qonşu dövlətlərin bazarlarına da çıxarılması üçün birgə tədbirlər görülməsindən söhbət gedir. Yəni biz bu məsələyə geniş formatda yanaşırıq. Bilirəm ki, Ukraynanın da mövqeyi belədir və bu layihə təkcə Ukrayna ilə Azərbaycan arasında deyil, həm də ona qoşulan başqa ölkələr arasında da əməkdaşlığın çox genişlənməsinə səbəb olmalıdır.

Bu gün biz Xəzər dənizi ilə Baltik dənizini birləşdirən və ya birləşdirə biləcək enerji dəhlizinin yaradılmasından danışırıq. Bu, Xəzər regionu-Qara dəniz-Baltik dənizi hövzələrinin regional əməkdaşlığının yeni elementidir. Yəni layihənin formatı çox böyük olacaqdır. Bu layihəyə qoşulmuş bütün ölkələrin siyasi dəstəyi vardır. İndi yalnız iqtisadi və texniki detalları razılaşdırmalıyıq, bir də, artıq qeyd etdiyim kimi, praktikada testləşdirib nəticələri təhlil etməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT