Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident!

-Hörmətli xanımlar və cənablar!

Bu gün mənim Macarıstana dövlət səfərimin ikinci günüdür və biz onu biznes forumunun açılması ilə başlayırıq. Bu, çox əlamətdar bir hadisədir. Bu onu göstərir ki, bizim əməkdaşlığımızın gözəl perspektivləri var.

Dünən keçirilən danışıqlarda və imzalanmış sənədlərdə əməkdaşlığımızın əsas istiqamətləri müəyyən edilmiş və bir daha iki ölkənin siyasi baxımdan yaxın olmasını əks etdirən qərarlar qəbul edilmişdir. Birgə bəyannamədə bizim ikitərəfli münasibətlərimizin əsas parametrləri öz əksini tapmışdır. İndi isə biz elə etməliyik ki, imzalanmış sənədləri həyata keçirək və əldə edilmiş razılaşmaları o cümlədən iqtisadi inkişafa yönəldək. Bunun üçün çox gözəl imkanlar var. Macarıstanla Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Mənim Macarıstana dövlət səfərimin əsas nəticələri bundan ibarətdir ki, bu siyasi əlaqələr daha da güclənəcək və yeni müstəviyə çıxacaqdır.

Bizim aramızda energetika sahəsində başlanan əməkdaşlıq çox ümidvericidir. Əminəm ki, biz buna nail olacağıq və müzakirə edilən bütün məsələlərdə bizim aramızda fikir ayrılığı yoxdur. Azərbaycan neft-qaz ölkəsidir və artıq dünya bazarlarına və o cümlədən Avropa bazarlarına böyük həcmdə neft və qaz çıxarır. Gələcəkdə hasilatımız daha da artacaq və bizə imkan verəcək ki, həm öz milli maraqlarımızı maksimum dərəcədə həll edək, eyni zamanda, dostlarımız, tərəfdaşlarımız üçün etibarlı tərəfdaşa çevrilək. Bizim apardığımız siyasət çox aydındır, açıqdır və bu siyasət əməkdaşlığa yönəldilibdir. Biz çalışırıq və bundan sonra çalışacağıq ki, Azərbaycanın neft-qaz ehtiyatları bu günə qədər olduğu kimi, gələcəkdə də bölgədə sülhün möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət etsin.

Macarıstanla energetika sahəsində əməkdaşlıq çox uğurludur. Əminəm ki, yaxın zamanlarda bu əməkdaşlığın yeni, çox mühüm əlamətləri üzə çıxacaqdır. Beləliklə, əməkdaşlığımız həm bizim bölgə üçün, həm də Avropa İttifaqı üçün çox əhəmiyyətli olacaqdır. Eyni zamanda, biz qeyri-neft sektorunun inkişafına da çox böyük önəm veririk və çalışırıq ki, Azərbaycan iqtisadiyyatını çoxşaxəli formada inkişaf etdirək. Bunu etmək üçün bizim öz imkanlarımız da var. İldən-ilə artan maliyyə ehtiyatlarımız imkan verir ki, Azərbaycanda genişmiqyaslı dövlət investisiya layihələrini həyata keçirək.

Biz növbəti illərdə yüz milyardlarla dollar həcmində gəlir əldə edəcəyik. Dünya Bankının hesablamalarına görə, növbəti 15 il ərzində bu məbləğ 200 milyard dollar olacaqdır, bəlkə də ondan da çox. Əlbəttə ki, bizim maliyyə çətinliklərimiz yoxdur. Amma bununla bərabər, biz istəyirik ki, ölkəmizin inkişafı üçün lazım olan iqtisadiyyat və infrastruktur layihələrinə xarici tərəfdaşlarımızı da cəlb edək. Biz Macarıstanı özümüz üçün çox yaxın dost, tərəfdaş bir ölkə kimi tanıyırıq. Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və o vaxtdan bu günə qədər bütün sahələrdə əməkdaşlıq çox uğurlu olmuşdur.

Biz bütün imkanlarımızı sizin üçün təqdim edirik. Hesab edirəm ki, bugünkü biznes forumunun əsas məqsədi iş adamları arasında əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı imkanları ortaya qoymaq, təqdimat keçirmək və göstərməkdir ki, hansı sahədə hansı imkanlar var, hansı ölkə və onun şirkətləri hansı sahədə iştirak edə bilər. Biz investisiyalar üçün, o cümlədən xarici investisiyalar üçün çox cəlbedici ölkəyik. Bu günə qədər ölkəmizə on milyardlarla dollar həcmində investisiyalar qoyulub və adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə birinci sıralardadır.

Azərbaycanda bütün investisiyalar, o cümlədən xarici investisiyalar çox etibarlı şəkildə qorunur. Bizim üçün strateji olan layihələr, hətta qanun kimi qəbul edilir və beləliklə, həm investorlarda, həm də yerli qurumlarda tam əminlik var ki, bu sazişlərə, layihələrə, razılaşmalara heç kim müdaxilə etməyəcəkdir. Biz xarici investisiyaları maksimum dərəcədə qorumaq üçün əlimizdən gələni edirik və bu günə qədər bu sahədə heç bir narazılıq, yaxud da mübahisəli məqam olmamışdır. Biz bu etibarı qazanmışıq və onu çox yüksək qiymətləndiririk. Əminəm ki, Macarıstan şirkətləri üçün Azərbaycanda iş görmək çox yaxşı nəticə verə bilər.

Azərbaycan bu yaxınlarda Dövlət İnvestisiya Şirkətini yaratmışdır və əminəm ki, o şirkətin imkanları barəsində bu gün burada danışılacaqdır. Şirkətin əsas məqsədi ondan ibarətdir ki, dövlət xarici investisiyaları cəlb etmək üçün özü müəyyən layihələrdə səhmdar kimi iştirak edə bilər, edir və edəcəkdir. Beləliklə, xarici investorlarda daha da böyük inam yaranır. Əminəm ki, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin çox gözəl və uğurlu gələcəyi olacaqdır. Ümid edirəm ki, Macarıstan şirkətləri də Dövlət İnvestisiya Şirkəti ilə bərabər Azərbaycanda müxtəlif layihələri icra edəcəkdir.

Eyni zamanda, dövlət xətti ilə investisiyaların həcmi ildən-ilə artır. Bu il 3,5 milyard dollar həcmində təkcə dövlət xətti ilə və ilk növbədə, infrastruktur layihələrinə və ölkənin inkişafı üçün zəruri olan bütün istiqamətlərə investisiyalar qoyulacaqdır. Mən fürsətdən istifadə edərək, Macarıstan şirkətlərini Azərbaycanda dövlət xətti ilə həyata keçiriləcək investisiya layihələrində iştirak etməyə dəvət edirəm.

Onu da demək istəyirəm ki, artıq Azərbaycan şirkətləri də xaricə investisiyalar qoyur. Bu investisiyalar artıq milyard dollarla ölçülür. Əlbəttə ki, bizim üçün maraq doğuran sahələr müxtəlifdir. İlk növbədə, bizə dost, yaxın olan ölkələrə sərmayə qoymağı nəzərdə tutmuşuq və öz şirkətlərimizi bu istiqamətə yönəldirik. Əminəm ki, biznes forumu qarşılıqlı investisiyaların qoyuluşu işinə güclü təkan verəcəkdir.

Bu fürsətdən istifadə edib, mənə və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə cənab Prezidentə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu səfər və onun nəticələri iki ölkə arasında olan dostluq əlaqələrini əhəmiyyətli dərəcədə möhkəmləndirəcəkdir.

Təşəkkür edirəm.

X X X

SÜLT TİBOR: Cənab prezidentlər, söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Sizə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq və çox minnətdarıq ki, gəlib biznes forumunda iştirak etdiniz.

X X X

Biznes forumun rəsmi açılışı başa çatdıqdan sonra Macarıstan Prezidenti Laslo Şoyom Azərbaycan Prezidenti İlham Əliyev ilə səmimiyyətlə sağollaşdı.

X X X

Sonra forum öz işini davam etdirdi. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev iki ölkə arasında olan iqtisadi əlaqələrdən, AZPROMO-nun prezidenti Emil Məcidov isə Azərbaycanda Macarıstan sərmayələri üçün perspektivlərdən danışdılar. Anar Axundov rəhbərlik etdiyi Azərbaycan İnvestisiya Şirkətinin təqdimatını etdi.

Forum çərçivəsində iş adamları arasında bir sıra ikitərəfli görüşlər keçirildi, Azərbaycanın “NJT 2000” və Macarıstanın “Borsod Chem” şirkətləri arasında 14 milyon dollarlıq xammal alınması barədə Memorandum imzalandı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO