AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTANA DÖVLƏT SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Macarıstana dövlət səfərinə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
