AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SANKT-PETERBURQA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün iyunun 9-da Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşmüşdür.Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.