AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SUMQAYITA SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Sumqayıt şəhərində olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikanın ikinci böyük sənaye şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül qoydular.
Dövlətimizin başçısı ətrafda salınmış istirahət parkında aparılan abadlıq işləri ilə tanış oldu. Prezidentə Sumqayıt şəhərində aparılan tikinti-quruculuq işləri barədə məlumat verildi.
######
![]() |
![]() |
![]() |


