AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ
KİYEVDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Kiyevdə, Ukrayna Prezidenti Katibliyinin binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət va ehtiramla qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamladı.
Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Viktor Yuşşenkoya təqdim olundu.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






