AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 9-da Sankt-Peterburqun “Konqreslər sarayı” dövlət kompleksinin “Baltik ulduzu” mehmanxanasında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Robert Koçaryanın görüşü keçirilmişdir.
Üç saat davam edən görüş başa çatdıqdan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirmişdir ki, əvvəlcə prezidentlər təkbətək görüşmüşlər. Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri danışıqlara qatılmışlar.
Azərbaycanın xarici işlər naziri demişdir ki, tərəflər mövqelərini bildirmiş, başlıca prinsiplər müzakirə olunmuşdur. Biz həmin prinsiplər əsasında regionda uzunmüddətli sülhə nail olunması barədə razılığa gəlməyə hazırlaşırıq.