AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYA KRALI II ABDULLAHIN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 5-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü olmuşdur.
Görüşdə Azərbaycan-İordaniya münasibətlərinin genişlənməsindən məmnunluq ifadə olundu, iki ölkə arasında əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı. Azərbaycan Prezidenti ilə İordaniya Kralı arasında dostluq münasibətlərinin ölkələrimizin əlaqələrinin genişlənməsinə töhfə verdiyi qeyd olundu. Söhbət zamanı yüksək səviyyəli görüşlərin əhəmiyyəti vurğulandı, qarşılıqlı münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə edildi.
######
