RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin görüşü olmuşdur VİDEO
Davos, 22 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.