AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ PASKAL KUŞPENİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, mayın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edildi və əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
Azərbaycanla İsveçrə Konfederasiyası arasında yüksək səviyyəli görüşlərin əhəmiyyətinə toxunuldu və Prezident Paskal Kuşpenin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlət başçıları ikitərəfli münasibətlərə, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.
######