AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 24-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim sürətlə inkişaf etməsindən məmnunluqlarını ifadə etdilər, Azərbaycan və Türkiyənin qlobal layihələrdə birgə iştirakının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, habelə regional əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğuladılar.
Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi səciyyələndirdilər. Bildirildi ki, bu dəmir yolu ümumən regionda iqtisadi əməkdaşlığın genişlənməsi baxımından çox önəmli layihədir.
Görüşdə iki dost-qardaş ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

