AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN GÖRÜŞÜ
Tehran, 11 mart (AZƏRTAC). Martın 11-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının regional əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
######
