AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQULU BERDİMƏHƏMMƏDOVUN GÖRÜŞÜ
İyunun 10-da Sankt-Peterburqda, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü keçirilmişdir.Görüşdə ölkələrimiz və xalqlarımız arasında fəal əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Bildirildi ki, Azərbaycan-Türkmənistan əlaqələrinin genişlənməsi ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanmasına təkan verəcəkdir. Dövlət başçıları vurğuladılar ki, qarşılıqlı əməkdaşlıq təkcə iqtisadi-ticarət sahəsində yox, digər sahələrdə də inkişaf etdirilməlidir.