AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Kiyevdə, “Qorodetski Evi”ndə Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olmuşdur. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın və ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və Azərbaycan Prezidentinin Kiyevə hazıkı səfərinin də əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi bildirildi.
Dövlət başçıları ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardılar.
######
![]() |
![]() |

