AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ XORVATİYA PREZİDENTİ İVO YOSİPOVİÇİN GÖRÜŞÜ
Moskva, 9 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mayın 9-da Moskvada görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu qeyd edildi. Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, perspektivlərin müəyyənləşdirilməsinin zəruriliyi vurğulandı.
Həmçinin görüşdə humanitar sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.
######
