AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN XIZI RAYONUNA SƏFƏRİ
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Xızı rayonunda olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev abidəni seyr edərək, parkda aparılan quruculuq-abadlıq işləri ilə də tanış oldu. Məlumat verildi ki, 3,2 hektar ərazini əhatə edən parkda sakinlərin istirahəti üçün lazımi şərait yaradılmışdır. Burada müasir oturacaqlar, yaşıllıq salınmış, gül kolları, agaclar əkilmiş, döşəməyə daş plitələr düzülmüşdür.
######
