Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını milli bayram münasibətilə təbrik edib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, təbrikdə dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsinin məmnunluq doğurduğu qeyd edilir. Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]