Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz əsgərlər, zabitlər, generallar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və seçdiyiniz şərəfli peşənizdə sizə uğurlar arzulayıram.

Dünən bütün Azərbaycan xalqı və onun Silahlı Qüvvələri Azərbaycanın dövlət bayramını – Milli Qurtuluş gününü qeyd edirdi. Bu bayram Azərbaycanda geniş qeyd olunurdu. Eyni zamanda, başqa ölkələrdə də qeyd edilirdi. Mən bu bayramı, ilk növbədə, dünən səhər Gürcüstanda olarkən, orada yaşayan soydaşlarımızla birlikdə qeyd etdim. Ondan sonra Azərbaycanın müxtəlif rayonlarında oldum. Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarında oldum və bu bayramı yerli əhali ilə birlikdə qeyd etdik.

Həqiqətən, iyunun 15-i Azərbaycan tarixində çox önəmli yer tutur. Məhz 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıtmışdır. Azərbaycan o vaxt çox çətin dövr yaşayırdı.

Azərbaycan, demək olar ki, uçurum kənarında idi, ölkədə xaos, anarxiya, hərc-mərclik, özbaşınalıq hökm sürürdü. İqtisadiyyat böhran içində idi. İldən-ilə iqtisadi tənəzzül müşahidə olunurdu və 1993-cü ildə artıq kritik həddə çatmışdı. Siyasi, iqtisadi, hərbi böhran Azərbaycanı çox çətin vəziyyətə salmışdı. Əgər 1993-cü ilin iyun ayında xalq öz müdrikliyini göstərməsəydi, öz liderinə üz tutmasaydı və Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin gələcəyi sual altında olardı. Xalqımızın lideri bu ağır yükü öz üzərinə götürdü. Ölkəmizdə sabitlik yarandı, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, asayiş bərpa olundu, qardaş qırğınının qarşısı alındı, müharibə dayandırıldı. Azərbaycan inkişaf etməyə başladı.
Son 11 il ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara nail olmuşdur. Bütün bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Ölkəmiz beynəlxalq aləmin çox dəyərli üzvünə çevrildi. Azərbaycanın beynəlxalq nüfuzu ildən-ilə artır. Bu gün beynəlxalq təşkilatlarda bizə göstərilən münasibət, diqqət bir daha göstərir ki, 1993-cü ildə Heydər Əliyev tərəfindən seçilən siyasi strategiya böyük uğurlar gətirmişdir.
Azərbaycan iqtisadi cəhətdən gücləndi, ölkəmiz böyük iqtisadi layihələr həyata keçirməyə başladı. Bunun nəticəsində bütün qonşu dövlətlərlə müqayisədə deyə bilərik ki, Azərbaycan liderliyini saxlayır, əldən vermir və bunu daha da gücləndirir. Bu, təkcə bizim deyil, bütün beynəlxalq təşkilatların rəyidir. Azərbaycana gələn xarici qonaqların rəyidir. Ölkəmiz ildən-ilə gözəlləşir, güclənir, abadlaşır. Azərbaycanda sosial problemlər öz həllini tapır. Bu istiqamətdə hökumət böyük işlər görür. Ən çətin vəziyyətdə yaşayan, Ermənistan təcavüzündən əziyyət çəkən soydaşlarımız - qaçqınlar, köçkünlər böyük diqqətlə əhatə olunurlar. Onların çoxlu problemləri vardır, amma, biz çalışırıq ki, bunları aradan qaldıraq. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə qaçqınlara, köçkünlərə yardımlar edilir, onlar üçün yeni müasir qəsəbələr, şəhərciklər salınırdı. Bu siyasət davam edir.
Son on il Azərbaycana bütün sahələrdə böyük xeyirlər gətiribdir. Bizim vəzifəmiz, bizim məqsədimiz bu uğurlu meylləri inkişaf etdirmək, Azərbaycanı hərtərəfli inkişaf etdirmək, gücləndirməkdir. Heydər Əliyevin neft strategiyası Azərbaycana artıq böyük faydalar verdi, xeyirlər gətirdi. Bunun hesabına Azərbaycanın iqtisadi potensialı güclənir və heç kəs üçün sirr deyil ki, iqtisadi potensial gücləndikcə ölkənin ordu potensialı da güclənir. Hər şey iqtisadiyyatdan asılıdır, hər şey iqtisadi durumdan asılıdır. Ona görə bizim başlıca vəzifəmiz iqtisadiyyatımızı şaxələndirmək, hərtərəfli inkişaf etdirmək, Azərbaycanı daha da gücləndirməkdir. Bu istiqamətdə son aylar ərzində çox önəmli addımlar atılmışdır.
Qəbul edilmiş sosial-iqtisadi və regional inkişaf proqramları uğurla həyata keçirilir. Mən çox şadam ki, ilk növbədə, bu, regionlarda özünü daha açıq-aydın göstərir, büruzə verir. Bizim məqsədimiz də məhz budur, Azərbaycanın hər bir bölgəsini inkişaf etdirməkdir. Etdiyim səfərlər çərçivəsində bir daha əmin oluram ki, Azərbaycana böyük hörmət var, Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycana hörmət edirlər, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artır. Eyni zamanda, ölkə daxilində də bu istiqamətdə, iqtisadi inkişaf istiqamətində böyük işlər görülür, bölgələrdə yeni iş yerləri açılır. Bilirsiniz ki, iş yerləri açılması bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə artıq böyük işlər görülübdür.
Ordu quruculuğunda böyük işlər görülübdür. Heç kəs üçün sirr deyil ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Azərbaycanda, demək olar ki, ordu yox idi. Ayrı-ayrı silahlı birləşmələr vardı və onların bir hissəsi hansısa siyasi qüvvələrin təsiri altında idi, bəziləri isə fərdi qaydada əməliyyatlarda iştirak edirdi. Ordu quruculuğu və bu istiqamətdə əldə edilmiş uğurlar ölkəmizə imkan verib ki, bu gün Azərbaycanın nizamlı, güclü ordusu var. Orduda peşəkarlıq artır, ordunun maddi-texniki bazası güclənir və biz böyük planlar həyata keçirəcəyik. Ordumuzun maddi-texniki bazası bundan sonra daha da möhkəmlənəcəkdir. Azərbaycanın buna imkanları var və orduya diqqət, orduya qayğı bizim əsas məsələmizdir.
Mən Azərbaycanın qarşısında heç bir ciddi problem görmürəm. Qeyd etdiyim kimi, ölkəmiz beynəlxalq aləmdə nüfuz qazanıb, beynəlxalq təşkilatların dəyərli üzvünə çevrilibdir. Bütün etdiyim xarici səfərlər məni bir daha əmin etdi ki, ölkəmiz düz yoldadır. Xarici siyasətimiz düz istiqamətdə qurulub, aparılır. İqtisadi baxımdan ölkəmiz nəinki bölgədə, MDB məkanında və bəzi Şərqi Avropa ölkələri ilə müqayisədə daha da inamla, daha da sürətlə inkişaf edir. Bütün beynəlxalq maliyyə qurumları bunu görür və təsdiqləyir. Bu baxımdan da Azərbaycanın qarşısında heç bir problem yoxdur. Uğurlu neft strategiyasının tərkib hissəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi nəticəsində Azərbaycana böyük həcmdə maliyyə resursu daxil olacaqdır. Bu da öz növbəsində imkan verəcəkdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Azərbaycanda sosial problemlər həll olunur, əmək haqları, pensiyalar artırılır, bu istiqamətdə daha da ciddi addımlar atılacaqdır. O cümlədən orduda qulluq edən şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox önəmli addımlar atılacaqdır. Bu, bizim strateji hədəfimizdir. Ölkəmiz bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir, iqtisadiyyatımız liberal iqtisadiyyatdır, amma eyni zamanda, sosial problemlərə böyük diqqət göstərilir. Azərbaycanda sosial ədalət prinsipləri qorunur və ən çətin, ən ağır vəziyyətdə yaşayan insanlara bundan sonra da kömək göstəriləcəkdir. Bilirsiniz ki, yoxsulluqla, işsizliklə mübarizə fəal gedir və mən əminəm ki, gələn 5 il ərzində bu məsələ öz müsbət həllini tapacaqdır.
Bir sözlə, ölkəmiz qarşısında heç bir ciddi məsələ yoxdur, qonşularımızla ikitərəfli münasibətlər də çox yüksək səviyyədə qurulubdur. Azərbaycanın qarşısında bir məsələ var – bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal altındadır. Bir milyon qaçqın, köçkünümüz var. Siz bilirsiniz ki, Azərbaycan hökuməti bu məsələni sülh yolu ilə həll etmək istəyir. Amma, əfsuslar olsun ki, bu günə qədər aparılmış danışıqlar heç bir nəticə vermir. Bu məsələ ilə bilavasitə məşğul olan, vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyəti, təəssüflər olsun ki, heç bir səmərə vermir. Biz bir daha qeyd etmək istəyirik ki, sülh danışıqlarının aparılmasına tərəfdarıq. Amma, əlbəttə ki, bunun da bir həddi olmalıdır. Azərbaycan xalqının səbri tükənməz deyildir. Mən bunu dəfələrlə, o cümlədən beynəlxalq tribunalardan bəyan etmişəm ki, Azərbaycan heç vaxt torpaqlarının itirilməsi ilə barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını azad edəcəkdir. Bunu etmək üçün cəmiyyətdə səfərbərlik olmalıdır. Gənclərimiz, əsgərlərimiz vətənpərvərlik ruhunda tərbiyə edilməlidirlər. Ölkəmiz hərtərəfli inkişaf etmiş ölkəyə çevrilməlidir. Bizim iqtisadi potensialımız güclənməlidir. Sizə deyə bilərəm ki, bu gün Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından bir neçə dəfə üstündür. Azərbaycanın dövlət büdcəsi Ermənistandakından 3 dəfə böyükdür və ümid edirəm ki, 2005-ci ildə bu, 4 dəfə çox olacaqdır. Azərbaycanda gördüyümüz işlər, aparılan iqtisadi islahatlar nəticəsində bizim iqtisadi potensialımız daha da güclənəcəkdir. Orduya hər il ayrılan xərclər artır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Mən bəyan edirəm ki, orduya xərclənən vəsait bundan sonra artacaqdır, biz ordumuzun maddi-texniki bazasını daha da gücləndirməliyik. Bütün bunları etmək üçün bizdə imkanlar var, iqtisadi imkanlar yaranır, güclənir. Siyasi iradə var, Azərbaycanda sabitlik var. Ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz seçimini birmənalı şəkildə ifadə edibdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs veribdir. Bu gün Azərbaycan xalqının dəstəyi mənim üçün çox önəmlidir. Bir Prezident kimi bir Ali baş komandan kimi, mən bu dəstəyə güvənirəm, arxalanıram və əminəm ki, bizim cəmiyyətimiz, hər bir vətəndaşımız bu istiqamətdə daha da fəal rol oynayacaqdır.
Siz bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçmişdə, hələ ötən əsrin 70-ci illərində də orduya diqqəti böyük idi. Baxmayaraq ki, o vaxt Azərbaycan müstəqil dövlət deyildi, müttəfiq respublika idi, amma məhz Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaradılmışdı.
Demək olar ki, bu, çox nadir bir hadisə idi. Çünki digər respublikalarda belə məktəblər yox idi. Mərkəzi hökumət, Sovet İttifaqı Kommunist Partiyası bu məsələyə o qədər də müsbət baxmırdı. Heydər Əliyev buna böyük çətinliklə müvəffəq olmuşdu. Naxçıvanski adına məktəb bu gün də Azərbaycana xidmət edir. Yəqin ki, xalqımızın lideri o vaxt da Azərbaycanı müstəqil dövlət kimi görürdü. Bu gün ordumuzda xidmət edən zabitlərin bir çoxu Naxçıvanski adına məktəbin məzunlarıdır.
Xatırlayırsınız ki, məhz Naxçıvanski adına məktəbin 30 illiyi qeyd edilərkən, xalqımızın ümummilli lideri əsgərlər, zabitlər, generallar qarşısında çıxış edərkən onun səhhətində problemlər yaranmışdı. O, iki dəfə öz nitqini dayandırmışdır. Amma bütün buna ciddi baxmayaraq o, iki dəfə kürsüyə qayıtmış, öz nitqini başa çatdırmışdı. Budur, bizim hamımız üçün nümunə, budur, bizim hamımız üçün örnək. Bu fədakarlıq, bu cəsarət, bu siyasi iradə bizim hamımız üçün böyük örnək, nümunə olmalıdır. Biz hamımız çalışmalıyıq ki, xalqımızın ümummilli lideri Heydər Əliyevə oxşayaq, onun yolu ilə gedək. Azərbaycan xalqı bu istiqamətdə böyük işlər görür, bu siyasəti birmənalı şəkildə dəstəkləyir.
Mən əminəm ki, gələn illərdə Azərbaycan özünün ən ağrılı, ən çətin problemini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edəcəkdir. Bu münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bəzən səslər eşidilir ki, bu məsələdə kompromis olmalıdır. Azərbaycan heç bir dövlətin torpağını zəbt etməyibdir. Özünə məxsus olmayan heç bir bölgəni işğal etməyib ki, hansısa kompromisə getsin. Bu məsələdə, torpaq məsələsində heç bir kompromisdən söhbət gedə bilməz. Bunu başqa tərəf nə qədər tez anlasa, o qədər də yaxşı olacaqdır. Mən əminəm ki, biz bu məsələni həll edəcəyik. Azərbaycan güclü dövlətdir, inkişaf edir, bu, bizə məsələni həll etməyə imkan verəcəkdir.
Əziz əsgərlər, zabitlər, generallar!Siz Gəncə şəhərində xidmət edirsiniz. Gəncə Azərbaycanın qədim şəhəridir, gözəl diyarıdır. Azərbaycanın ikinci şəhəridir və Gəncəyə böyük diqqət, qayğı göstərilir. Son illər ərzində Gəncədə aparılan quruculuq, abadlıq işləri hamımızı çox sevindirir. Mən keçmişdə də Gəncədə dəfələrlə olmuşam. Prezident seçkiləri ərəfəsində, ondan əvvəlki dövrlərdə də olmuşam. Çox istəyirdim ki, Gəncədə quruculuq, abadlıq işləri getsin. Sizə deyə bilərəm ki, uzun fasilədən sonra Gəncədə ilk böyük tikili məhz Milli Olimpiya Komitəsi tərəfindən inşa edilmişdir. 2002-ci ildə Milli Olimpiya Komitəsi Gəncədə böyük idman kompleksini tikib istifadəyə vermişdir. Bu, Milli Olimpiya Komitəsinin Gəncəyə etdiyi hədiyyə idi. Bu addımla biz bütün digər qurumlara da işarə etdik ki, Gəncəyə diqqət göstərilməlidir. Burada yaşayan insanlara diqqət göstərilməlidir. Bu gün çox şadam, çox sevinirəm, görürəm ki, Gəncə öz simasını dəyişibdir. Burada yeni yollar salınır, yeni müəssisələr tikilir, dayanmış müəssisələr öz fəaliyyətini bərpa edir. Sosial infrastruktur qurulur, digər məsələlər öz həllini tapır. Gəncə hava limanının yenidən qurulması üçün önəmli addımlar atılmışdır. Gəncə hərtərəfli inkişaf etməlidir. Azərbaycanın ikinci şəhəri daha da gözəlləşməlidir. Mən bilirəm ki, siz - burada xidmət edən əsgərlər Gəncəni sevirsiniz. Bu, gözəl şəhərdir. Burada yaşayan insanlar da Azərbaycan cəmiyyətinin dəyərli üzvləridir. Azərbaycan dövlətçiliyinə gəncəlilərin töhfəsi böyük olmuşdur. Mən sizi bir daha ürəkdən salamlayıram. Sizə seçdiyiniz şərəfli peşənizdə uğurlar arzu edirəm. Vətən uğrunda xidmətlərinizdə uğurlar arzulayıram.Sağ olun!

X X X

Sonra Ali baş komandan xidmətdə fərqlənən hərbçilərin bir qrupuna qiymətli hədiyyələr təqdim etdi.
Prezident İlham Əliyev hərbi hissə ilə tanış oldu, texnikaya, əsgərlərin nümunəvi çıxışlarına baxdı, şəraitlə maraqlandı, yeməkxanada əsgərlərlə birlikdə nahar etdi. Ali baş komandan hərbi hissədə görülən işləri yüksək qiymətləndirdi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da axşamüstü Bakıya qayıtdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO