Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ SUMQAYITDA YENİDƏN QURULMUŞ MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA OLMUŞDUR

AZƏRBAYCAN PREZİDENTİ SUMQAYITDA YENİDƏN QURULMUŞ MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, avqustun 28-də Prezident İlham Əliyev Sumqayıtda yenidən qurulmuş Nəsimi adına mədəniyyət və istirahət parkında olmuşdur.

Buradakı “Göyərçin” abidəsi və park dövlətimizin başçısının tapşırığı ilə yenidən qurulmuşdur. Parkda yerə daş plitələr döşənmiş, dekorativ gül kolları və ağaclar əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, köpüklü fəvvarə tikilmişdir. Sakinlərin istirahəti üçün lazımi şəraitin yaradıldığı parkda iaşə obyektləri də fəaliyyət göstərir. Sumqayıtda Yeni ailə quranlar günü hər il iyul ayında bu parkda qeyd edilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdilər.

SAKİN: Cənab Prezidentimiz, qəhrəman Sumqayıt şəhərinə xoş gəlmisiniz. Allah-Taaladan Sizə uzun ömür, cansağlığı, işinizdə müvəffəqiyyətlər arzu edirəm. İnsanlarımızı mehribanlığa, həmrəyliyə çağırıram. Biz Sizin əsgərinizik, nə vaxt əmr etsəniz gedərik. Mənim özümün 80 yaşım var. Sumqayıtdakı bu gözəl bərpa işlərinə, bu komplekslərə, məscidlərə, bu parklara görə çox sağ olun. Allah rəhmət eləsin Heydər Əliyevə, onun qoyduğu təməldir, indi də Siz davam etdirirsiniz. Mehriban xanım, çox sağ olun, var olun, xoş gəlmisiniz.

İLHAM ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Sumqayıta gələndə sevinirəm ki, şəhər gözəlləşir, abadlaşır, yaxşı xiyabanlar, küçələr salınır. Bu park da gözəlləşibdir. Xatırlayıram, bir neçə il əvvəl bu parka gəlmişdim, vəziyyət o qədər də ürəkaçan deyildi.

SAKİN: Heç yox idi, bərbad halda idi.

İLHAM ƏLİYEV: Amma görün, indi nə gözəl olubdur.

SAKİN: Deyəsən, beşinci dəfədir buraya gəlirsiniz. Rəhmətlik atanız, ulu öndər Heydər Əliyev Sumqayıtı çox sevirdi, sumqayıtlıları da çox sevirdi. Görürük ki, Siz də bizi sevirsiniz. Çox sağ olun, bizim şəhərin işi ilə məşğulsunuz, problemləri ilə maraqlanırsınız, həll edirsiniz. Mən Sumqayıtın Ağsaqqallar Şurasının sədriyəm. Siz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasəti uğurla aparırsınız. Biz ağsaqqallar, sumqayıtlılar Sizə arxa-dayağıq. Sizə cansağlığı, uzun ömür, ailə səadəti, Sizin rəhbərliyiniz altında ölkəmizə əmin-amanlıq, ən xoş günlər diləyirik.

İLHAM ƏLİYEV: Sağ olun, mən Sumqayıtın inkişafına doğrudan da çox böyük diqqət göstərirəm və işlərlə maraqlanıram. Biz Sumqayıtı, eyni zamanda, çox müasir sənaye şəhərinə çevirməliyik. Əvəllər Sumqayıt məhz bu məqsədlər üçün də salınıbdır. Amma əvvəllər tikilmiş fabriklər, zavodlar bu gün artıq köhnəlmişdir.

SAKİN: 250 minlik Sumqayıtda indi 500 min əhali yaşayır. 500 min əhali işıq, su, qaz, çörək - hamısı ilə təmin olunur. Şəhərdə çoxlu qaçqın-köçkün vardır. Bu da böyük problemdir. Şəhərdə hər şey, bütün kommunikasiya 250 min əhali üçün nəzərdə tutulmuşdu. Amma indi olub 500 min əhali. Hələ gəlib-gedən qonaqları demirəm.

İLHAM ƏLİYEV: Bəli, buna görə biz son illər ərzində ən böyük elektrik stansiyasını məhz Sumqayıtda tikirik. 517 meqavat gücündə stansiya həm Sumqayıtı dayanıqlı elektrik enerjisi ilə təmin edəcək, həm də ümumiyyətlə, bizim energetika sistemimizi sağlamlaşdıracaqdır. Bakı-Sumqayıt yolunun tikintisi artıq başa çatıbdır. Beton örtüklü gözəl yoldur. İndi beton örtüklü yollar ancaq dünyanın ən inkişaf etmiş ölkələrinin ən birinci şəhərlərində salınır. Bu ətrafda heç yerdə beton örtüklü yol yoxdur. Biz bunu Bakıdan Sumqayıta tikdik. İndi Sumqayıtdan şimal sərhədinə qədər gedəcəkdir. Şəhərlərarası yol işıqlandırılacaqdır. Mən bunu bilirəm, işıqlandırılan şəhərlərarası yollar ancaq nadir hallarda Avropanın ən böyük şəhərlərində var. Başqa şəhərlərarası yollarda işıq yoxdur. Burada isə olacaqdır.

Yəni bütün bunlar şəhər üçün, insanların yaxşı, rahat yaşaması üçündür. Binalar rənglənir, bərpa olunur, xiyabanlar, parklar salınır. Kanalizasiya, su təchizatı məsələləri həll edilir. Məktəblər tikilir, təmir olunur. Bu gün mən böyük Paralimpiya Mərkəzinin açılışında iştirak etdim. Ondan əlavə, böyük idman kompleksi tikilir. Yəni bütün bunlar onun üçündür ki, insanlar yaxşı yaşasınlar. Bura həm böyük, həm də müasir sənaye şəhəri olacaqdır. Yəni Azərbaycana lazım olan sənaye müəssisələrində insanlar işlə təmin edilsinlər və həm sosial məsələlərin həlli, insanların rahatlığı üçün, həm də gözəllik üçün şəhərin böyük imkanları olsun. Siz burada yaşayırsınız, məndən daha yaxşı bilirsiniz ki, son illər ərzində burada böyük işlər görülübdür.

SAKİN: Sizi Sumqayıt gəncləri adından salamlamaq, bu gün gənclərə, gənc ailələrə göstərilən dövlət qayğısına görə təşəkkürümü bildirmək istəyirəm. Elə bu Paralimpiya Kompleksinin tikintisi hər cəhətdən sağlam gənclərin yetişməsi üçün böyük imkan yaradır. Yəni gənclər pis vərdişlərdən uzaq olurlar. Həqiqətən də, biz bunun şahidiyik, həyatda öz gözlərimizlə görürük. Bütün bunlara görə Sizə çox sağ olun deyirik.

Pekində idmançılarımızın uğurlarını, Sizin onlara dəstək olmağınızı, Azərbaycan bayrağının qalxmağını görəndə, himnimizi eşidəndə sevincdən göz yaşlarımız axırdı. Doğrudan da qürur hissi keçiririk ki, belə bir dövlətin vətəndaşlarıyıq, belə bir Prezidentimiz var. Cənab Prezident, Sumqayıt gəncləri hər zaman Sizinlə olacaqdır. Mən bunu tam əminliklə deyirəm.

İLHAM ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Bizim həm çox gözəl, vətənpərvər gənc nəslimiz yetişir, həm də veteranlarımız belə möhkəmdirlər.

SAKİN: Allah Azərbaycana kəc baxanı zəlil etsin, gözlərini kor etsin, Azərbaycan inkişafdadır.

SAKİN: İlham müəllim, bütün müəllimlər adından, bütün veteranlar adından Sizə öz təşəkkürümüzü bildiririk ki, Siz pensiyaçıların təqaüdünü 25 faiz artırdınız. Bu, gələcəkdə bizim güzəranımızın yaxşı olmasından xəbər verir. Təşəkkür edirik, çox sağ olun.

İLHAM ƏLİYEV: Sağ olun, bəli və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanda ildə iki dəfə pensiyaların və minimum əməkhaqqının həddi qaldırılır və bundan sonra da biz bunu edəcəyik. Bizim iqtisadi islahatlarımız, iqtisadi imkanlarımız, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyamız buna imkan yaradır. İndi Azərbaycan çox sabit ölkədir. Hər bir inkişaf üçün ən başlıca şərt sabitlikdir. Bu da var, Azərbaycan inkişaf edir, vətəndaşlar təhlükəsizlik, sülh, əmin-amanlıq şəraitində yaşayırlar.

SAKİN: Cənab Prezident və Mehriban xanım, bizim Sumqayıt şəhərinə xoş gəlmisiniz. Ümummilli liderimiz Heydər Əliyevə Allah rəhmət eləsin. Mən onunla çox görüşmüşəm, onunla şəklim də var. İkinci dəfədir ki, Sizinlə görüşürəm. Yenə də deyirəm, xoş gəlmisiniz, qədəmləriniz uğurlu olsun.

Rəhmətlik Heydər Əliyevin apardığı siyasəti Siz davam etdirirsiniz, onun qoyduğu yolla gedirsiniz. Bu beş ildə hər sahədə nə qədər inkişaf var, bunlar barədə çox danışmaq olar. Əfv Fərmanına, pensiyaların artırılmasına görə minnətdarıq Sizə. Çox sağ olun, canınız sağ, ömrünüz uzun olsun. Azərbaycanımız durduqca, Siz də var olun. Sağ olun, Mehriban xanım.

İLHAM ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

X X X

Şəhər sakinləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdirlər.

X X X

Daha sonra Prezident İlham Əliyev Sumqayıtın 3-cü mikrorayonuna - Sülh və Bakı küçələrinin kəsişməsindəki əraziyə gəldi.

Dövlətimizin başçısının tapşırığına əsasən buradakı 12 mərtəbəli üç bina müasir üslubda üzlənmiş, park yenidən qurulmuş, fəvvarə tikilmişdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada da şəhər sakinləri ilə görüşüb söhbət etdilər.

SAKİN: Biz belə yerləri gəzəndə ulu öndərin nəfəsini, ruhunu hiss edirik. Sizə olduqca minnətdarıq.

İLHAM ƏLİYEV: Binalar da gör necə gözəlləşib.

SAKİN: Sizin köməyinizlə, Sizin sayənizdə. Hamısı Sizin rəhbərliyiniz altında olub, cənab Prezident. Allah Sizə kömək olsun, Sizi bizə çox görməsin. Ulu Tanrı Sizi qorusun.

İLHAM ƏLİYEV: Şadam ki, Sumqayıtda işlər yaxşı gedir. İş yerləri açılır, zavod, fabrik tikilir və tikiləcəkdir. Sumqayıt ən müasir şəhərə çevrilir. Əvvəllər şəhərə daxil olanda bura yaxşı görünmürdü.

VAQİF ƏLİYEV (Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı): Buranı tamamilə yenidən qurduq. Müasir oturacaqlar, dibçəklər qoyulmuşdur. Sumqayıtda parklara nə qədər oturacaq qoysan, dincəlməyə bir o qədər insan gəlir.

İLHAM ƏLİYEV: Şəhər böyüyür, əhali artır.

VAQİF ƏLİYEV: Oturacaqları nə qədər artırsaq da kifayət etmir.

SAKİN: Axşamlar dolu olur bura. Uşaqlar, böyüklər hamısı gəlir, istirahət edirlər.

İLHAM ƏLİYEV: İnsanların istirahəti üçün belə yerlər mütləq çox olmalıdır. Çünki insanlar axşam evdə oturmaqdansa, burada gəzməyə, dincəlməyə, istirahət etməyə gəlirlər.

SAKİN: Ən əsası odur ki, əmin-amanlıq olsun, Sizin sayənizdə biz buna nail olmuşuq.

İLHAM ƏLİYEV: Bəli, həmişə belə də olacaq. Növbəti beş il ərzində Sumqayıtın inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Bura ən müasir şəhərə çevrilməlidir və çevrilir.

VAQİF ƏLİYEV: Sizin bayaq qeyd etdiyiniz 517 meqavat gücündə elektrik stansiyası Sumqayıtın sənayesinin inkişafına çox böyük təkan verəcəkdir.

İLHAM ƏLİYEV: Alüminium zavodu, ondan sonra böyük kabel zavodu tikilir. O, zavod deyil, əslində, sənaye kompleksidir.

X X X

Prezident İlham Əliyev Sumqayıtın müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini, ölkənin sosial-iqtisadi siyasətinin daha da gücləndiriləcəyini vurğuladı.

Sumqayıt sakinləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətindən də razılıqlarını bildirdilər.

SAKİN: Siz Azərbaycan qadınını bütün dünya səviyyəsində təqdim edirsiniz. Biz sizinlə fəxr edirik. Allah sizi bizə çox görməsin. Doğrudan da, işləri Heydər Əliyevin adına layiq davam etdirirsiniz. Bütün sahələrdə problemlərimiz həll olunur. Sizə minnətdarlığımızı bildiririk.

MEHRİBAN ƏLİYEVA: Sağ olun.

Sakinlər Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

X X X

Prezident İlham Əliyev Sumqayıtda reallaşdırılacaq digər tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi