Azərbaycan Prezidenti: Türk dövlətlərinin artan potensialı çevik mexanizmlərin yaradılmasını zəruri edir
Bakı, 24 noyabr, AZƏRTAC
Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [13:44]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 30.10.2026 [13:41]
Ağdamda daha 70 ailəyə yeni mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
- 30.10.2026 [12:45]
Sabah hava əsasən yağmursuz olacaq
- 30.10.2026 [12:00]