AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ XEYİRXAH LAYİHƏLƏR HƏYATA KEÇİRİR
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, hazırda “İlk yardım”, “Humanitar dəyərlərin yayımı”, “Miqrasiya”, “Gənclər və könüllülər”, ”Təşkilati inkişaf” layihələri üzrə işlər aparılır. Layihələrin məqsədi kimsəsiz tənha qocalara, xroniki xəstələrə, qaçqın və məcburi köçkünlərə, müharibə qurbanlarına, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, imkansız vətəndaşlara kömək göstərməkdir.