Azərbaycan Qran-Prisinin qalibi Maks Ferstappen: Bakı yarışı bizim üçün uğurlu alındı
Bakı, 12 iyun, AZƏRTAC
Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular.
AZƏRTAC xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen deyib.
“Ferrari” komandasının pilotlarının mübarizəni erkən dayandırmalarının işlərinə yaradığını bildirən M.Ferstappen deyib: “Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışı bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış - Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə “Mercedes”in pilotu Corc Rassel tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]