Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU, MİLLİ TƏHLÜKƏSİZLİK VƏ DAXİLİ İŞLƏR NAZİRLİKLƏRİNİN XÜSUSİ MƏLUMATI

Əvvəllər xəbər verildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3, 308.2, 28.220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür.

Belə ki, aparılmış axtarışlar nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50 min 500 ABŞ dolları, 6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyevə məxsus “Azpetrol” şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda həmçinin külli miqdarda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunmuşdur. Fərhad Əliyevə faktiki məxsus olan çoxlu kommersiya obyektlərində korrupsiya və digər qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir.

Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rəsul Quliyevin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi məqsədi daşıyan cinayətkar planının həyata keçirilməsi, onun tərkib hissələri kimi əhalinin kütləvi şəkildə beynəlxalq hava limanına toplanması, asayişi mühafizə qüvvələrinə müqavimət göstərməklə iğtişaşlar törətməli olan silahlı təxribat qruplarının formalaşdırılması üçün zəruri olan maliyyə vəsaitləri ilə təmin edən şəxslərdən birinin sabiq səhiyyə naziri Əli İnsanov olduğu müəyyən edilmişdir.

İstintaq araşdırmaları göstərir ki, Fikrət Yusifov mütəmadi əlaqə saxladığı Rəsul Quliyevin tapşırığı ilə müxtəlif vaxtlarda Əli İnsanovla görüşmüş, ölkədə hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə planlaşdırılmış işlərdə fəal iştirak etməsi, eləcə də lazım olan məbləğdə maliyyə vəsaiti ayırması barədə göstərişlərini ona çatdırmışdır.

Fikrət Yusifov 2005-ci ilin avqust ayında Əli İnsanovla əlaqə saxlayaraq, Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında görüşmüşdür. Söhbət zamanı Əli İnsanov dövlət mənafeləri əleyhinə yönəlmiş planları dəstəkləyərək, hərtərəfli kömək edəcəyi barədə söz vermiş və Rəsul Quliyevi buna əmin etməyi Fikrət Yusifovdan xahiş etmişdir.

Fikrət Yusifov 2005-ci il avqust ayının sonlarında Sankt-Peterburq şəhərində olarkən Rəsul Quliyevlə telefon əlaqəsi yaradaraq, hakimiyyətin zorla ələ keçirilməsinə Əli İnsanovun tərəddüd etmədən istənilən maliyyə yardımını göstərməyə hazır olduğunu bildirmiş və Rəsul Quliyev isə öz növbəsində Əli İnsanovdan 100 min ABŞ dolları almaq barədə tapşırıq vermişdir. Sentyabr ayının axırlarında Bakıya qayıdan Fikrət Yusifov Əli İnsanovla yenidən görüşmüş və sabiq səhiyyə naziri bu işdə heç bir problemin olmayacağını, lazım gəldikdə həmin məbləği dərhal çatdıracağını vəd etmişdir.

Ertəsi gün, Əli İnsanov Fikrət Yusifova sonuncunun qohumu, Səhiyyə Nazirliyinin işlər idarəsinin müdiri Arzu Ələkbərova vasitəsilə 100 min ABŞ dolları göndərmişdir.

Fikrət Yusifov ifadəsində həmçinin göstərmişdir ki, Rəsul Quliyevin tapşırığına müvafiq olaraq, 2005-ci ilin oktyabr ayının 10-da Sankt-Peterburqdan Bakı şəhərinə qayıtdıqdan sonra Arzu Ələkbərova vasitəsilə Əli İnsanova onunla görüşmək istədiyini çatdırmış, o isə, görüşün məqsədini başa düşdüyünə görə, lazım olan məbləğin məktubla bildirilməsini təklif etmişdir. Fikrət Yusifov eyni məbləğdə pul ayrılmasının vacibliyini Əli İnsanovun nəzərinə çatdırmış və oktyabr ayının 14-də Əli İnsanov Arzu Ələkbərova vasitəsilə Fikrət Yusifova yenə də 100 min ABŞ dolları göndərmişdir.

Fikrət Yusifov həmin gün Rəsul Quliyevin telefonla verdiyi tapşırığa müvafiq olaraq, pulun 50 min ABŞ dollarını təyinatı üzrə göndərmiş, qalan 50 min ABŞ dollarını isə növbəti tapşırıq verilənə kimi özündə saxlamışdır. 2005-ci il 16 oktyabr tarixdə Fikrət Yusifovun mənzilində aparılan axtarış zamanı 100 min avro ilə bərabər aşkar edilmiş 60 min ABŞ dollarının 50 mini məhz Əli İnsanov tərəfindən verilən pul olmuşdur.

İstintaq zamanı ifadə verən Səhiyyə Nazirliyinin işlər idarəsinin müdiri Arzu Ələkbərova Fikrət Yusifovun yuxarıda göstərdiklərini tam təsdiq etmişdir.

2005-ci il 20 oktyabr tarixdə Əli İnsanov cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Eyni zamanda, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Əli İnsanovun rəhbərlik etdiyi Səhiyyə Nazirliyi sistemində tamah və ya sair şəxsi maraqlar üzündən vəzifədən sui-istifadə edilməsi, dövlət əmlakının mənimsənilməsi və israf olunması, lisenziyaların verilməsi zamanı külli miqdarda rüşvət alınması hallarını təsdiqləyən faktlar müəyyən edilmişdir. Bu əməllərin törədilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi texnika şöbəsinin rəisi Akif Məhərrəmov da tutulmuşdur.

İstintaq gedişatında aparılan axtarışlar zamanı Əli İnsanovun Cəfər Xəndan küçəsi 50 nömrəli ünvanda yerləşən şəxsi evindən, habelə bağ evlərindən 1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kiloqram müxtəlif qızıl-brilyant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar, Akif Məhərrəmovun mənzilindən 1 milyon 217 min ABŞ dolları, xidməti iş otağından isə 8 min 900 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Hazırda Səhiyyə Nazirliyi sistemində korrupsiya halları ilə bağlı müvafiq araşdırmalar aparılır.

Törədilmiş cinayət əməllərinin bütün xüsusatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

21 oktyabr 2005

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub