AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN MƏLUMATI
Müstəqil auditor rəyi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsdiq edilmiş 2003-cü il üzrə maliyyə hesabatları
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ
Azərbaycan Respublikasının Dövlət Neft Fonduna
Biz Azərbaycan Respublikası Dövlət Neft Fondunun (”Fond”) 31 dekabr 2003-cü il və 2002-ci il tarixlərinə bu rəyə əlavə edilmiş maliyyə vəziyyəti haqqında hesabatının və maliyyə nəticələri, xalis aktivlərdə olan dəyişikliklər və nağd vəsaitlərin axını haqqında bitən illərin müvafiq hesabatlarının audit yoxlamasını keçirdik. Maliyyə hesabatlarının hazırlanması üçün Fondun rəhbərliyi məsuliyyət daşıyır. Bizim vəzifəmiz apardığımız audit yoxlamaları əsasında maliyyə hesabatları üzrə rəy ifadə etməkdir.
Audit yoxlamaları Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən nəşr edilmiş Beynəlxalq Audit Standartlarına uyğun surətdə aparılmışdır. Bu standartlara uyğun olaraq, bizdən auditin planlaşdırılmasını və aparılmasını maliyyə hesabatlarında əsaslı təhriflərə yol verilmədiyinə əmin olacaq tərzdə həyata keçirmək tələb edilir. Audit yoxlamasına maliyyə sənədlərində göstərilən rəqəmləri və açıqlamaları təsdiq edən faktların seçmə əsasında təftiş edilməsi daxildir. Audit yoxlaması həmçinin istifadə edilmiş mühasibat prinsiplərinin və rəhbərliyin verdiyi mühüm proqnozların, eləcə də, hesabatın ümumiyyətlə təqdim edilməsinin qiymətləndirilməsini nəzərdə tutur. Hesab edirik ki, apardığımız audit yoxlamaları bizə öz rəyimizi ifadə etmək üçün kifayət qədər əsas verir.
Fikrimizcə, yuxarıda göstərilən maliyyə hesabatları Fondun 31 dekabr 2003-cü il və 2002-ci il tarixlərinə maliyyə vəziyyətini və bitən illər üçün dövr üzrə maliyyə nəticələrini və nağd vəsaitlərin axınını Beynəlxalq Mühasiblər Federasiyasının Dövlət Sektoru Komitəsinin nəşr etdiyi Dövlət Sektorunda Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq, bütün mühüm aspektlər üzrə düzgün əks etdirir.
Ernst ənd Yanq (CİS) Ltd.
15 aprel 2004-cü il
Bakı, Azərbaycan
Maliyyə vəziyyəti haqqında hesabat
(Məbləğlər milyon Azərbaycan manatı ilə ifadə edilmişdir)
31 dekabr 2003-cü il 2002-ci il
AKTIVLƏR
Cari aktivlər
Nağd vəsaitlər və onların ekvivalentləri 1 781 665 2 217 180
Ticarət qiymətli kağızları 601 565 644 330
Digər qısa müddətli investisiyalar 307 672 -
Alınmalı faizlər 20 957 11 688
Fonda daxil olmalı vəsaitlər 5 186 -
Digər cari aktivlər 269 979
2 717 314 2 874 177
Uzunmüddətli aktivlər
Ödəmə müddətinin sonuna qədər saxlanılan investisiyalar 1 304 121 513 765
Əsas vəsaitlər, xalis 3 457 1 092
Qeyri-maddi aktivlər 156 163
1 307 734 515 020
Cəmi Aktivlər 4 025 048 3 389 197
ÖHDƏLIKLƏR
Cari öhdəliklər
Dövlət Büdcəsi üzrə kreditor borc 55 977 -
BTC Şirkəti üçün Azərbaycan Xəzinədarlığı üzrə kreditor borcu - 15 276
Digər cari öhdəlıklər 946 -
CƏMI ÖHDƏLIKLƏR 56 923 15 276
XALIS AKTIVLƏR 3 968 125 3 373 921
XALIS AKTIVLƏR / KAPITAL
Kapital qoyuluşu 3 566 607 3 108 411
Yığılmış əlavə vəsait 401 518 265 510
CƏMİ XALİS AKTİVLƏR/KAPİTAL 3 968 125 3 373 921
Maliyyə nəticələri haqqında hesabat
(Məbləğlər milyon Azərbaycan manatı ilə ifadə edilmişdir)
31 dekabr tarixində bitən
2003-cü il 2002-ci il
Əməliyyat gəliri
Faiz gəliri 86 382 52 078
Pul bazarı fondlarından əldə edilmiş gəlir 16 969 6 939
Xalis dilinq gəlirləri 12 896 1 040
Cəmi əməliyyat gəliri 116 247 60 057
Əməliyyat xərcləri
Bank komisyon haqları 515 255
Əmək haqqı, məvaciblər və işçilərə müavinatlar 398 238
Kommunikasiya xərcləri 241 115
Amortizasiya 174 51
Peşəkar xidmətlər 160 223
Ezamiyyət xərcləri 114 69
S.W.I.F.T xərcləri 114 -
Nəşr etmə haqları 40 37
Təlim - 25
Digər əməliyyat xərcləri 233 191
Cəmi əməliyyat xərcləri 1 989 1 204
Əməliyyat fəaliyyətindən əldə edilmiş əlavə vəsait 114 258 58 853
Qeyri-əməliyyat gəliri
Məzənnə fərqindən yaranan mənfəət 67 196 64 075
Cəmi qeyri-əməliyyat gəliri 67 196 64 075
Vergidən əvvəl əldə edilmiş əlavə vəsait 181 454 122 928
Mənfəət vergisi 45 446 -
Dövr üzrə əldə edilmiş xalis əlavə vəsait 136 008 122 928
Xalis aktivlərdə dəyişikliklər haqqında hesabat
(Məbləğlər milyon Azərbaycan manatı ilə ifadə edilmişdir)
Daxil Olmuş Vəsait Yığılmış Əlavə Vəsait Cəmi
31 dekabr 2001-ci il tarixinə qalıq 2 207 384 142 582 2 349 966
Fonda daxil olmuş vəsaitlər 1 089 680 - 1 089 680
Dövr üzrə əldə edilmiş xalis əlavə vəsait - 122 928 122 928
Dövlət Qaçqınlar Komitəsinə köçürülmüş vəsait (188 653) - (188 653)
31 dekabr 2002-ci il tarixinə qalıq 3 108 411 265 510 3 373 921
Fonda daxil olmuş vəsaitlər 1 361 727 - 1 361 727
Dövr üzrə əldə edilmiş xalis əlavə vəsait - 136 008 136 008
Dövlət Büdcəsinə köçürülmüş vəsaitlər (533 000) - (533 000)
BTC Şirkətinə köçürülmüş vəsaitlər (280 532) - (280 532)
Dövlət Qaçqınlar Komitəsinə köçürülmüş vəsait (89 999) - (89 999)
31 dekabr 2003-cü il tarixinə qalıq 3 566 607 401 518 3 968 125