AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASI kEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Rüfət Əli oğlu Aslanovun şikayətinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə baxılması üçün iyulun 2-də Konstitusiya Məhkəməsi Plenumunun iclasını keçirmək qərara alınmışdır.