AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Babayev Vasif Hacıağa oğlu
Əbilova Anadolu İbrahim qızı
Əliyev Rəşid Zeynalabdin oğlu
Əzimbəyov Aydın Əlibəy oğlu
Hüseynov Qəni Hüseynqulu oğlu
İbrahimov İsmayil Əli oğlu
Quliyev Sabir Güləli oğlu
Məmmədova Naidə-Leyla Səid qızı
Mirqasımov Oqtay Mirəsədulla oğlu
Salahov Tahir Teymur oğlu
Sokolov Leonid Andreyeviç
Şərifov Şərif Salman oğlu
Şirinova Raziyə Məmməd qızı
Tatlıyev Süleyman Bayram oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 noyabr 2005-ci il.