AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Görüş zamanı dövlət başçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən möhkəm təməli qoyulmuş qarşılıqlı surətdə faydalı əlaqələrin səviyyəsindən razı qaldıqlarını vurğuladılar. Bildirildi ki, ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsi faktını məmnunluqla vurğuladı.
Görüşdə ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri, beynəlxalq və regional təhlükəsizlik problemləri və tərəfləri maraqlandıran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Görüş qarşılıqlı anlaşma və mehribanlıq şəraitində keçdi.