Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BAYRAĞI, GERBİ VƏ HİMNİ DÖVLƏTİMİZİN MÜSTƏQİLLİYİNİ TƏCƏSSÜM ETDİRƏN MÜQƏDDƏS RƏMZLƏRDİR
“AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ

Avqustun 11-də “Gülüstan” sarayında “Azərbaycan Respublikasının Dövlət Rəmzləri” kitabının təqdimat mərasimi kıeçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ilin martın 13-də imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamınınicrasına uyğun olaraq hazırlanmış bu dəyərli kitabın müəllifləri təhsil naziri Misir Mərdanov, nazirliyin idarə rəisi Əsgər Quliyevdir. Nəşrin elmi redaktoru Azərbaycan Prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyevdir.

Bu əsərdə ilk dəfə olaraq müstəqil Azərbaycanın dövlət rəmzlərinin - bayrağı, gerbi və himnin yaranması tarixisistem halında izlənir, respublikamızın Prezidenti Heydər Əliyevin milli rəmzlərin bərpası və qəbulu sahəsindəki müstəsna rolu göstərilir, ücrəngli bayraqda və gerbdə əks olunmuşrəmzlərin məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri tarixi-filoloji planda təhlil edilir, dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəssislər, bütövlükdə  geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Kitab respublikamızın Prezidenti Heydər Əliyevin iş otagında çəkilmiş rənğli fotoşəkli, ölkəmizin rəhbərinin “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı ilə açılır.

Kitab “Çağoğlu” nəşriyyatı tərəfindən çap olunmuşdur.

        Təqdimat mərasimini baş nazirin müavini Elcin Əfəndiyev açdı.

                 Baş nazirin müaviniElçin Əfəndiyevin

                                                çıxışı

- Hörmətli xanımlar və cənablar!

 Əziz dostlar!

Bu gün biz hamımız əlamətdar bir hadisənin iştirakçılarıyıq: “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabı ictimaiyyətə təqdim olunur.

Misir Mərdanovun vəƏsgər Quliyevin yazdığı, Ramiz Mehdiyevin elmi redaktəsi ilə nəşr olunmuş bu tədqiqat əsəri Azərbaycan Respublikasının dövlət rəmzlərinin, yəni üçrəngli bayrağımızın, gerbimizin və himnimizin yaranmasına və bərpasına, bu rəmzlərin milli ideologiyamız kontekstindəki mənasına, əhəmiyyətinə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevinmüasir dövrdə həmin rəmzlərin həqiqi mənada yüksək dövlət statusu alması və təbliğ olunması işindəki böyük xidmətlərinə həsr edilmişdir.

Üç il bundan əvvəl, 1998-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” tarixi bir Sərəncam imzaladı.Sərəncamda Azərbaycanın dövlət rəmzləri haqqında bir kitabın nəşri dövlətçiliyimiz üçün əhəmiyyətli və vacib olan bir vəzifə kimi qarşıya qoyulmuşdu. Bu gün biz böyük məmnuniyyət hissi ilə qeyd edirik ki, həmin vətəndaş vəzifəsi yerinə yetirilmişdir.

Böyük məmnuniyyət hissi ilə onu da demək istəyirəm ki, elmi-publisistik səpkidə yazılmış bu kitabda müəlliflərin və elmi redaktorun gərgin yaradıcı əməyi özünün layiqli ifadəsini tapmışdır. Müəlliflər və elmi redaktor kitabda yalnız bayrağımızın, gerbimizin və himnimizin yaranma, təşəkkül və bərpa tarixinin, onların mənasının tədqiqi ilə kifayətlənməmiş, bu dövlət rəmzlərini Azərbaycan milli ideologiyası ilə qarşılıqlı təmasda təqdim etməyi bacarmışlar.

Kitabın qiymətli cəhətlərindən biri də bundadır ki, onun səhifələrində dövlət rəmzlərimizlə bağlı nadir tarixi sənədlər öz əksini tapmışdır. Müasir dövrdəcənab Heydər Əliyevin, XX əsrin əvvəllərindəisəMəmməd Əmin Rəsulzadənin dövlət rəmzlərimizlə bağlı nitqlərinin və müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının, onun sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin əlaqədar qərar və qanunlarının bu kitabda yenidən dərc edilməsi onun əhatə dairəsini genişləndirmiş, ehtiva etdiyi mövzunun oxucuya çatdırılmasına xüsusi sanbal vermişdir.

Bu baxımdan Azərbaycanın dövlət rəmzlərinin bərpa olunmasında Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin və o zaman orada fəaliyyət göstərən Heydər Əliyevin xidmətlərinin də kitabda  sənədli şəkildə öz əksini tapması razılıq doğurur.

                 Yaxşı cəhətdir ki,metodoloji baxımdan düzgün olaraq, kitabda dövlət rəmzlərinin təbliği təhsil sistemi ilə, maariflə vəhdətdə götürülmüşdür və dövlət rəmzlərinə ehtiramın, məhəbbətin ifadəsi olaraq himnimizin Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş musiqisinin not yazısı, Əhməd Cavadın, Cəfər Cabbarlının, Məmmədhüseyn Şəhriyarın, Səməd Vurğunun, Süleyman Rüstəmin, Mirmehdi Etimadın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nəbi Xəzrinin, Almaz İldırımın, Zəlimxan Yaqubun,Bəhmən Vətənoğlunun milli vətənpərvərlik hisslərini aşılayan şerləri də dərc edilmişdir.

Əziz dostlar, “Azərbaycan Respublikasının dövlət rəmzləri”  kitabının təqdimatına həsr olunmuş bu mərasimi açıq elan edirəm.

                               x            x              x

Çıxış üçün Azərbaycan Respublikasınin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru professor Seyfəddin Qəndilova söz verildi.

                Dövlət İdarəçilik Akademiyasının rektoru

                professor Seyfəddin Qəndilovun

                               çıxışı

-   Hörmətli mərasim iştirakçıları!

Bu gün Azərbaycan ictimaiyyətinə təqdim olunan “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabı müstəqillik uğrunda mübarizə tariximizlə, yenidən bərpa olunmuş müstəqilliyimizlə, bir sözlə, bugünkü günümüzlə, dövlətçiliyimizlə çox sıx bağlı olan və bu işə xidmət edən bir kitabdır. Bu, Azərbaycan Respublikasının dövlət rəmzləri iləəlaqədar yazılmış ilk sanballı və çox mükəmməl bir kitabdır. Bu, bizim təhsil işçilərimizin, gənclərimizin, bütün ictimaiyyətimizin çoxdan gözlədiyi, arzu etdiyi bir kitabdır. Bu, çox vacib vəəhəmiyyətli bir məsələyə həsr olunmuş kitabdır.

Doğrudur, kitabın müəllifləri Azərbaycan təhsilinin dünya standartları səviyyəsində yenidən qurulması sahəsindəəzmlə çalışan hörmətli təhsil nazirimiz və nazirliyin əməkdaşıdır. Ancaq bu, bir həqiqətdir ki, bu nəşrin vəhəmin qəbildən olan digər kitablarımızın əsl ilhamçısı,  istiqamətvericisi hörmətli Prezidentimiz cənab Heydər Əliyevdir.

Biz təhsil işçilərinin son illərdə təhsilimizin yenidən qurulması sahəsində görülmüş işlərdə az-çox nə nailiyyətlərimiz varsa, bunlar ilk növbədə hörmətli Prezidentimiz cənab Heydər Əliyevin məhz məsləhətlərinin və tövsiyələrinin nəticəsidir. Konkret olaraq, bu kitab da onun hələ 1998-ci ilin  martında imzaladığı Sərəncamın məhsuludur.

Hamımız yaxşı görürük və dərk edirik ki, cənab Prezidentin tariximizlə, mədəniyyətimizlə, milli mentalitetimizlə, adət-ənənələrimizlə, ana dilimizlə, əlifbamızla, dövlət rəmzləri iləəlaqədar olan məsləhətləri, tövsiyələriaylar, illər keçdikcə öz bəhrələrini nə qədər verir. Bunun nə qədər əhəmiyyətli olduğu bu gün hamımıza bəlli olur. Azərbaycanın müstəqilliyi hər tərəfdən güclü təzyiqlərə məruz qaldığı və müstəqilliyimiz bu böyük çətinliklərlə çarpışmalı olduğu bir zamanda biz bir həqiqəti də dərk etməliyik ki, məhz bu gün müstəyilliyimizin ən başlıca təminatçısı cənab Prezident Heydər Əliyevdir. Kitabın əhəmiyyəti orasındadır ki, bu həqiqəti gənclərə çatdırmaq, adamlarımıza çatdırmaq sahəsində bizə kömək edir və kömək edəcəkdir. Gənclərimizi vətənpərvərlik ruhunda, dövlət rəmzlərimizə hörmət, ehtiram ruhunda tərbiyə etmək işinə bu kitab çox böyük kömək edə bilər. 

        Kitabın əhəmiyyəti ondadır ki, hər şeydən əvvəl burada dövlət rəmzlərimizin hazırlanması sahəsində görülmüş işlərin tarixi verilir. Yəni sələflərin bu sahədəki roluçox obyektiv, hörmətlə, ehtiramla vurğulanır. Vaxtilə bu işlə məşğul olmuş adamların əməyi, xidməti göstərilir. Əlibəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və digər görkəmli siyasi xadimlərimizin o zaman gördükləri işlərin əhəmiyyəti qeyd edilir.

        Kitabda bayraq sözünün mənşəyindən tutmuş onun məna vəəhəmiyyəti izah olunur. Bu, çox vacibdir. Bayraqdakı rənglərin, digər rəmzlərin məna və funksiyaları göstərilir. Gənclər üçün bu izahın böyük əhəmiyyəti vardır. Həmçinin burada bayrağımızla bağlı normativ aktlar da verilir. Kitabda çox təsirli faktlar göstərilir. Azərbaycan əsgərinin, əsirlikdə olan Azərbaycan əsgərinin ermənilərin işgəncəsi qarşısında Azərbaycan bayrağına göstərdiyi hörmət və ehtiram nə qədər böyük təsirə malikdir. Onu oxuyan hər bir gəncdə vətənpərvərlik hissini artırır. Yaxud kitabda qardaş Türkiyədə dövlət bayrağına olan hörmətə dair misalların gətirilməsi nə qədər böyük məna vəəhəmiyyət kəsb edir, bunlar nə qədər təsir göstərir. Odur ki, kitabın əhəmiyyəti çox böyükdür.

Kitabın əhəmiyyəti bir də ondadır ki, müəlliflər dövlət rəmzlərimizin tarixi verilməklə bərabər, bugünkü gün də unutmur. Bu, çox vacibdir. Axı keçmiş tarixlə yanaşı, bu rəmzlərin yeni tarixi də var. Cənab Heydər Əliyevin hələ Naxçıvanda olarkən- 1990-cı ildən 1993-cü ilin yayına qədər Naxçıvandakı fəaliyyəti zamanı dövlət rəmzlərimizləəlaqədar gördüyü işlər konkret tarixi faktlar, sənədlər əsasında verilmişdir. Bunu nəinki gənclərimiz hələ tam mənasında bilmir, heç ictimaiyyətimiz də bunu hələ dərindən bilmir. Bunları bildirmək, göstərmək lazımdır. Yəni biz tarixi olduğu kimi göstərməliyik. Bu baxımdan həmin kitabda bu cəhətlər olduqca böyük əhəmiyyətə malikdir.

        Kitabın yazılması çox böyük müvəffəqiyyətdir. Ancaq hesab edirəm, başqa bir məsələ dövlət rəmzlərimizin təbliği, öyrədilməsi məsələsidir. Bu da son dərəcə vacib məsələdir. Ona görə də gərək təhsil nazirliyi, biz təhsil işçiləri bu barədə düşünək. Yəni bunun sistemli şəkildə öyrənilməsi məsələlərinə diqqəti artıraq. Hesab edirəm ki, humanitar sahədə olan bir sıra fənlərimizdə, məsələn, orta məktəbdə  “İnsan və cəmiyyət” fənninin, Konstitusiyanın, “Azərbaycan tarixi” fənninin tədrisində dövlət rəmzlərimizin öyrənilməsi işinə xüsusi yer ayırmalıyıq. Yəni ayrıca olmasa da, bu fənlərin tərkibində onların öyrənilməsini təşkil etməliyik. Eləcə də ali məktəblərimizdə. Məsələn, beynəlxalq münasibətlərləəlaqədar olan xüsusi kurslarda, diplomatiya kurslarında, hüquq fənlərində bunların öyrənilməsini təşkil etməyə bacarmalıyıq. Bu, olduqca əhəmiyyətli olar.

        Dövlət İdarəçilik Akademiyasında dövlət rəmzlərimizin öyrənilməsi üçün bu kitabın böyük əhəmiyyəti olacaqdır. Çünki bizim bir çox ali məktəblərimizdə hələ tədris olunmayan fənlər var ki, biz onları Akademiyanın tədris planına daxil etmişik. Məsələn, “Heydər Əliyev və milli ləyaqət fəlsəfəsi”, “Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi”, “Azərbaycan dövlətçiliyinin tarixi” kimi fənləri biz tədris edirik. Bu fənlərin tədrisi prosesində dövlət rəmzlərimizin gənc kadrlara və eləcə də məmurlarımıza şərh edilməsi olduqca faydalı ola bilər. Ona görə bax bu cəhətdən də kitab çox faydalıdır. Bu işin təbliği sahəsində qeyri-dövlət təşkilatları da, gənclər təşkilatları da böyük iş aparmalıdırlar.

Məlumdur ki, Pezidentin Sərəncamında göstərilir ki, bu məsələdə bizim çatışmamazlıqlarımız var. Yəni demək istəyirəm ki, kitabın yazılması ilə yanaşı, onun təbliği, məzmunun öyrənilməsi də olduqca vaçib bir məsələdir və biz bu işə diqqətimizi artırmalıyıq. Digər tərəfdən, bayramlarla əlaqədar 1991-ci ilin fevralında təsdiq edilmiş Əsasnaməyə də öz münasibətimi bildirmək istərdim. O, köhnəlibdir. Nəinki köhnəlibdir, məsələn, köhnə bayram adları və s. Orada bir sıra səhvlər, nöqsanlar da var. Ona görə hesab edirəm ki, 1991-ci ildəki Əsasnamə yenidən hazırlanmalıdır və biz buna da xüsusi diqqət yetirməliyik.

        Nəhayət, bir məsələni də qeyd etmək istəyirəm ki, hörmətli nazirimiz, nazirliyin işçiləri bu kitabı hazırlamaqla təhsilimiz qarşısında çox yaxşı iş görüblər.Ümumiyyətlə, biz təhsil işçiləri bilirik ki, ictimai-siyasi sistemin dəyişiıməsi iləəlaqədar olaraq təhsilimizdə böyük problemlər, çətinliklər var idi, bir qismi yenə də var. Onların başlıçası isə xüsusilə dərsliklərimizlə bağlı idi. Nazirliyin fəaliyyətində bu cəhət diqqəti daha çox cəlb edir. Hörmətli nazir Misir Mərdanovun rəhbərliyi altında, rəhbər təşkilatların köməyi ilə son illərdə çoxlu dərsliklərin çap olunması bizi çox sevindirir. 200-ə yaxın adda dərslik nəşr olunubdur. Mənim də iştirak etdiyim “Azərbaycan tarixi” dərsliyinin hazırlanması nə qədər böyük əhəmiyyətə malikdir. Orta məktəblərdən başlamış yuxarı siniflərə qədər dərsliklərin hazırlanmasının gənclərimiz, təhsilimiz üçün olduqca böyük əhəmiyyəti var.

        Şübhəsiz ki, kitabın uğurlu olmasında onun redaktoru, bizim görkəmli filosof alimimiz Ramiz Mehdiyevin rolunu xüsusi qeyd etmək istərdim. Son illərdə müstəqilliyimizləəlaqədar çıxan  kitablarımızın məhz məsləhətçisi, redaktoru kimi o, çox böyük fəaliyyət göstərir. Azərbaycanın ictimai-siyasi fikir tarixinizin tədqiqi sahəsində görülən işlərdə onun məsləhətləri, tövsiyyələri olduqca böyük rol oynamışdır. Bu kitabda da həmin dəst-xətt hiss olunur.  Mən müəllifləri də, redaktoru da, son illər dərsliklərin nəfis şəkildə nəşrində böyük səy göstərən “Çaşıoğlu” nəşriyyatını, onun rəhbəri Hikmət müəllimi təbrik edirəm. Onların hamısına bu sahədə, Azərbaycanın müstəqilliyinə xidmət edən yeni dərsliklərin, əsərlərin hazırlanması və nəşrində müvəffəqiyyət arzu edirəm. Sağ olun.

                                       x           x            x

YAP-ın icraçı katibi, Milli Məclisin deputatı

                                           Əli Əhmədovun

                                                 çıxışı

         - Hörmətli xanımlar və cənablar!

        Bu gün təqdimat mərasimi keçirilən “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabının işıq üzü görməsi çox əlamətdar bir dövrə təsadüf edir. Bir neçə aydan sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 10 ili tamam olacaqdır. İllərlə gözlədiyimiz müstəqilliyə qovuşduqdan sonra keçən  on il müstəqilliyin və azadlığın həqiqi mahiyyətini və dəyərini dərk etməkdə, bu yolda çəkilən əziyyətlərin, məşəqqətlərin nə qədər böyük olduğunu dərk etməkdə bizə kömək etmişdir. Lakin müstəqilliyəgedən yoldakı əziyyətlər və məhrumiyyətlər nə qədər böyük olsa da, bütün bunlara haqq qazandıran bir həqiqət də var. Bu da ondan ibarətdir ki, bu gün Azərbaycanın müstəqil, azad dövləti mövcuddur, bu dövlət əbədidir. Müstəqil Azərbaycanın mövcudluğunun vəəbədiliyinin əsas qaynaqları Azərbaycan xalqının dövlətimizə, dövlətçiliyimizə olan məhəbbətidir, sevgisidir. Gündən-günə möhkəmlənməkdə, güclənməkdə olan milli iqtisadiyyatımızın qərar tapmasıdır, möhkəm təməllər üzərində formalaşan demokratik hakimiyyətin qərar tapmasıdır. Burada oturanların hamısı mənimlə razılaşar ki, bu gün Azərbaycanın müstəqil dövlətçiliyinin və dövlətinin ən etibarlı, ən başlıca təminatçısı müasir Azərbaycan dövlətinin qurucusu, memarı, yaradıcısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevdir.

        Hər bir dövlətin, hər bir dövlətçiliyin başlıca məzmunu onun milli mahiyyətindədir, milli mənsubiyyətindədir, hansı xalqın, milli fəlsəfənin və milli məfkurənin daşıyıcısı olmasındadır. Dövlətin milli mənsubluğu və daşıyıcısı olduğu milli məfkurənin başlıca inikasını dövlətin rəmzləri təşkil edir.

Dövlətin rəmzləri - dövlətin bayrağı, himni, gerbi mahiyyət etibarilə dövlətin və xalqın milli ideologiyasını, tarixi keçmişini, ənənələrini, milli-mənəvi dəyərlərini, inkişaf və tərəqqi ilə bağlı ideyalarını özündəəks etdirir. Bu mənada hörmətli təhsil naziri Misir Mərdanovun vəƏsgər Quliyevin müəllifliyi ilə, hörmətli Ramiz Mehdiyevin redaktorluğu ilə işıq üzü görmüş “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabı mühüm əhəmiyyət və dəyər kəsb edir. Çünki Azərbaycan Respublikasının dövlət rəmzləri- Azərbaycanın bayrağı, gerbi, himni müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı tarixinin, bu prosesin bütün fəlsəfəsini, ictimai-siyasi qayəsini və hədəflərini özündəəks etdirir. Beləliklə, Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı tarixi sözün həqiqi mənasında dövlət rəmzlərinin formalaşması və tətbiq olunması tarixi kimi təqdim və təsvir edilə bilər. Ona görə ki, bu iki tarixi hadisə arasında qarşılıqlı şərtlənmə halları və varislik əlaqələrini qoruyub saxlamaq meylləri açıq şəkildə özünü büruzə verir.

        Qeyd olunduğu kimi, müasir Azərbaycan dövlətçiliyinin memarı, yaradıcısı, qurucusu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdir. Eyni qətiyyətlə və məntiqlə onu da demək olar ki, Azərbaycanın dövlət rəmzlərinin bərpa və tətbiq olunması kimi tarixi vəzifə də cənab Heydər Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün bu tarixi missiyanı həyata keçirməklə cənab Heydər Əliyev əslində belə bir başlıca ideyanı vurğulayır ki, Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış, təsis edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi, onun ideyalarının davamçısıdır.

Kitabla, bu əsərlə tanış olduqda məlum olur ki, hələ 1990-cı il noyabrın 17-də  Naxçıvan Ali Məclisinin birinci sessiyasında Heydər Əliyevin sədrliyi və bilavasitə təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın bayrağı kimi təsis edilibdir. Həmin iclasda belə bir qərar da çıxarılıbdır ki, Azərbaycan hökuməti qarşısında məsələ qaldırılsın ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilsin.

Bu tarixi fakt heç də yalnız üçrəngli bayrağa olan sədaqət, məhəbbət kimi qiymətləndirilə bilməz. Bunun əsas mənası, əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu faktı birmənalı şəkildə və qəti olaraq təsdiqlənmişdir. Ona görə ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin başladığı, lakin yerinə yetirə bilmədiyi ideyaları və fikirləri həyata keçirməklə məşğuldur.

        Azərbaycan Respublikasının üçrəngli bayrağının bərpa edilməsi iləəlaqədar olaraq irəliyə sürülən şərtlərlə yanaşı, hesab edirəm ki, daha bir çox güclü amil də mövcuddur. Bu da ondan ibarətdir ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı özündə Azərbaycanın tarixi keçmişini, ənənələrini, xalqımızın milli-mənəvi dəyərlərini, inkişaf və tərəqqi ilə bağlı ideyalarını əks etdirir. Heç də təsadüfi deyildir ki, Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasında Azərbaycanın üçrəngli bayrağında ifadəsini tapmış bu ideyalar, yəni tarixi keçmişimizə hörmət, milli-mənəvi dəyərlərimizə söykənmək və Azərbaycanın tərəqqisi özünün hərtərəfli əksini tapmışdır.

        Heydər Əliyevin dövlətçilik, dövlət quruculuğu konsepsiyasının əsas  sütunları azərbaycançılıqdır, milli-mənəvi dəyərlərə söykənmək, müasirləşmək, Azərbaycanı çağdaş dünya sivilizasiyasına qovuşdurmaq ideya lazımdır. Azərbaycanın milli üçrəngli bayrağı bu ideyaları və bu konseptual yanaşmanı özündə tamamilə ehtiva edir. Beləliklə də belə bir məntiq ortaya çıxır ki, Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın üçrəngli bayrağını bərpa etməklə, əslində Azərbaycanda gələcək dövlət quruculuğu konsepsiyasının başlıca konturlarını, cizgilərini müəyyənləşdirmişdir. Xoşbəxtlik ondan ibarətdir ki, bu konsepsiyanın praktida, işdə həyata keçirilməsi şərəfi də Heydər Əliyevə nəsib olmuşdur.

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra hələ 1990-cı illərin əvvəllərində müəyyənləşdirdiyi dövlət quruculuğu konsepsiyasını praktikada həyata keçirməyə başlayıbdır. Cənab Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasında dövlət rəmzləri mühüm yer tutur, əhəmiyyət kəsb edir. Bayaq deyildiyi kimi, heç də təsadüfi deyildir ki, 1990-cı ilin noyabrında Naxçıvanda Azərbaycan Respublikasının üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi təsbit olunmuşdur. Çünki Heydər Əliyevin dövlətçilik anlamında, konsepsiyasında bayraq mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, bayraq müstəqilliyin rəmzidir. Bayraq dövlətçiliyin rəmzidir. Bayraq qalibiyyətin, zəfərin rəmzidir. Bayraq xalqın seçilmək və fərqlənmək hüququnun ifadəsidir. Bayraq xalqın özünü təsbit etmək və özünü tanıtmaq rəmzidir. Bu mənada indi müasir Azərbaycan Respublikasının üçrəngli bayrağı xalqımızın özünü tanıtmaq  istəklərini, eyni zamanda Azərbaycanın tərəqqisi və inkişafı ideyalarını məcmu şəkildə ifadə edir.

Cmənab Heydər Əliyevin dövlətçilik konsepsiyasında dövlətin rəmzləri sadə rəmzlər kimi nəzərdən keçirilmir və dəyərləndirilmir. Bu, hər şeydən əvvəl dövlətin, xalqın milli ideologiyasının, siyasi ideologiyasının, milli-mənəvi  dəyərlərinin məcmusu və ifadəsi kimi ortaya çıxır. Bu baxımdan yanaşdıqda dövlət nə qədər əzəmətli, güclü olarsa, dövlətin rəmzlərinə olan məhəbbət də, dövlət rəmzlərinin insanlara təsir gücü də  o qədər artıq olar. Beləliklə, Heydər Əliyevin dövlətçilik konsepsiyasında belə bir ideya əksini tapır ki, Azərbaycanın dövlətçiliyinin təməllərini inkişaf etdirməkdən ötrü vacib şərtlərdən biri də vətəndaşlarda Azərbaycanın dövlət rəmzlərinə - Azərbaycanın bayrağına, himninə,  gerbinə məhəbbət, sevgi hissləri aşılamaq lazımdır. Xüsusilə Azərbaycanın gənclərində, yetişməkdə olan nəsildə belə bir məhəbbəti, sevgini formalaşdırmaq lazımdır və bunun zəminində Azərbaycan dövlətçiliyinin təməli daha da möhkəm olar, daha da güclənə bilər.

Sonda onu da qeyd etmək istəyirəm ki, Misir Mərdanovun, Əsgər Quliyevin, hörmətli Ramiz Mehdiyevin redaktorluğu ilə hazırlanmış “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabı Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə, dövlət rəmzlərinin tarixinin öyrənilməsinə və onların tətbiq edilməsinə böyük bir töhfədir. Eyni zamanda bu kitab Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 10-cu ildönümünə böyük bir töhfədir. Böyük əmək sərf edib belə gözəl bir kitabı oxuculara təqdim etdiklərinə görənəşrin müəlliflərini,  elmi redaktorunu və bütün Azərbaycan oxucularını təbrik edir, uğurlu, xeyirli olsun deyirəm. Diqqətinizə görə çox saf olun.

                                       x     x    x  

                Qeyri-hökumət təşkilatları forumunun prezidenti

                                         Azay Quliyevin çıxışı

        - Hörmətli mərasim iştirakçıları!

        Dəyərli xanımlar və cənablar!

        İcazə verin, hər şeydən əvvəl, hər bir azərbaycanlı üçün şərəf olan dövlət müstəqilliyimizin müqəddəs rəmzlərinə həsr olunmuş kitab haqqında söz deməyə şərait yaratdıqlarına görə bugünkü mərasimi təşkil edənlərə və kitab müəlliflərinə dərin minnətdarlığımı bildirim.

        Yəqin  hamınız razılaşarsınız ki, milli müstəqilliyimizin 10 illiyi ərəfəsində bu kitabın işıq üzü görməsi Azərbaycanın dövlət müstəqilliyini istəyənlər və onu göz bəbəyi kimi qoruyub saxlamağa hazır olanlar üçün yubileyqabağı çox gözəl hədiyyədir.

Tarixin sərt sınağından çıxmış, zaman-zaman milli-mənəvi dəyərlərimiz üzərində formalaşmış, bəzən büdrəsə də, təcavüz və təzyiqlərə məruz qalsa da öz qamətini düzəltməyə nail olmuş dövlətçiliyimizin və müstəqilliyimizin atributlarından bəhs edən “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabını təhlil edərkən, onun əhəmiyyətini qeyd etmək üçün üç əsas cəhəti vurğulamaq yerinə düşərdi.

Birincisi, dövlət rəmzlərimiz olan bayraq, gerb və himnin yaranması və bərpasının tarixilik baxımından olduğu kimi, doğru-dürüst faktlar əsasında Azərbaycan xalqına çatdırılmasıdır. İkincisi, dövlət rəmzlərinin çox vacib olan dəqiq elmi izahının verilməsi və bununla da indiyədək yol verilən təhriflərin aradan qaldırılmasıdır. Üçüncüsü dövlət rəmzlərinin təbliği və öyrənilməsi sahəsində hazırkı vəziyyətin təhlil edilməsi və bundan irəli gələn vəzifələrin müəyyən olunmasıdır. Hesab edirəm ki, bu üç cəhətə görə kitabın yaradıcılarına təşəkkür etmək olar. 

Fikrimi kitabda əks olunan konkret faktlarla davam etdirmək istəyirəm. Tarixdən hamımıza məlumdur ki, indiki dövlət atributlarımızı yadigar qoyan Alzərbaycan Xalq Cümhuriyyəti öz mövcudluğunu qoruyub saxlamaq üçün hədsiz dərəcədə çətinliklərlə üzləşmiş və belə bir tarixi şəraitdə bir sıra qərarlar qəbul etmişdir. Bu qərarlar içərisində 1918-ci il 21 iyun tarixli qərar xüsusi yer tutur. Azərbaycan Müvəqqəti Hökumətinin həmin qərarına əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan, X1X əsrin ortalarına qədər Osmanlı imperatorluğunun istifadə etdiyi bayraq Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən azad olunduqdan sonra Gəncədən Bakıya köçən Azərbaycan Müvəqqəti Hökuməti noyabrın 9-da Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni, hazırda başımız üzərində dalğalanan üçrəngli - mavi, qırmızı və yaşıl zolaqlardan ibarət, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağımızın təsdiq olunması haqqında qərar qəbul etdi.

Kitabda bu faktların göstərilməsi, altı ayda iki müxtəlif bayrağın qəbulu barədə qərar verilməsi o vaxtkı tarixi şəraitin nə qədər mürəkkəb olmasını təsəvvür etmək, indiki bayrağımızın yarandığı günü dəqiq bilmək baxımından çox əhəmiyyətlidir. Bundan əlavə, kitabda üçrəngli bayrağın yaradıcıları Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə və digərlərinin milli məfkurəmizin, dövləstçiliyimizin və onun əsas atributlarının formalaşmasında göstərdiyi xidmətlər barədəətraflı məlumat verilir vəbu xidmətlər yüksək qiymətləndirilir.

        Əsərdəhabelə dövlət gerbinin və himninin  yaranma tarixi, bunların müəllifləri göstərilir, onların məruz qaldığı cüzi düzəlişlər izah olunur. O da göstərilir ki, Azərbaycanın müasir dövrdə təsdiq etdiyi dövlət gerbi və himni Cümhuriyyət dövründə hazırlansa da, 1920-ci il aprel işğalı onların qəbul edilməsinə imkan vermədi. Lakin Azərbaycan 1918-ci ilin mayında qazanmış olduğu müstəqilliyini və milli bayrağını itirsə də, 1980-ci illərin axırlarından etibarən onu geri qaytarmaq, bərpa etmək uğrunda mücadiləyə başladı. Bu mücadilədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli qərarı dönüş nöqtəsi oldu. Həmin gün Naxçıvan Ali Məclisinin iclasına sədrlik edən hörmətli cənab Heydər Əliyevin təşəbbüsü ilə tarixi ədalətsizlik aradan qaldırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olundu və nəhayət, Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı tarixi gerçəkliyə çevrildi.

        Bu hadisələri olduğu kimi qeyd etməklə, kitabın yaradıcı heyəti Azərbaycanın dövlət rəmzlərinin yaranma və bərpa tarixlərinin xalqımıza düzgün çatdırılması, milli öndərlərimizin zamanın amansız təqiblərinə baxmayaraq, irəli çıxıb atdıqları cəsarətli addımların, göstərdikləri xidmətlərin dəyərləndirilməsi baxımından tarixi bir missiyanı yerinə yetirmiş oldular.

Burada əyləşənlər yaxşı xatırlayırlar, 1990-cı ildən sonra Azərbaycan mətbuatında daha çox yer tutan Azərbaycan milli ideologiyasının və Azərbaycan bayrağının izahı idi.  Təəssüflər  olsun, bəzi mətbuat nümayəndələri,  ziyalılar  bu barədə doğru məlumat verə bilmirdilər və bunu hərə istədiyi kimi izah etməyə çalışırdı. Məhz bu kitabda üçrəngli bayrağımızın mənası, onun rənginin Azərbaycanın milli ideologiyasında tutduğu yer, nəhayət, səkkizguşəli ulduzun aypara ilə birlikdə təsvirinin açıqlaması verilir. Həmin üç rəngin anlamı, hamımızın bildiyi kimi, məhz dövlətçiliyimizin təməlini təşkil edən əsas elementlərdir.

        İndiyə qədər səkkizguşəli ulduzun hansı məna verdiyi barədə müxtəlif fikirlər vardır. Kitabın müəllifləri haqlı olaraq qeyd edirlər ki, vaxt var idi həmin səkkiz guşə Azərbaycanda səkkiz etnik xalqın yaşaması, yaxud Azərbaycan adının səkkiz hərfdən ibarət olması kimi yozulurdu. Təbii ki, bu, tarixi faktlara, həqiqətlərə uyğun deyildir. Kitabda bu anlaşılmazlıq və yol verilmiş təhriflər aradan qaldırılmışdır və haqlı olaraq Azərbaycanın tarixi soykökü ilə bağlı tam izah verilir.  Bir daha bəlli oldu ki, günəşə inamı özündəəks etdirən səkkiz guşə Azərbaycanın qədim tarixdən əldə etdiyi və qoruyub saxladığı nemətdir.

        Digər tərəfdən, hamımız yaxşı bilirik ki, türk xalqlarında aya olan inam tarixdən qaynaqlanır. Bunu dini amillərləəlaqələndirmək istəyində olan oxucularımıza və bu barədə düşünən ziyalılarımıza çox gözəl sübut edilir ki, bayrağın üzərindəki ayparanın tarixi məhz Azərbaycanın milli adət-ənənələrinə, dəyərlərinə söykənir.

İndiyə qədər gerbin mənasını nəinki gənclərimiz, geniş kütlə də bilmirdi. Baxmayaraq ki, onun mənası kifayət qədər açılmırdı. Gerbimizdəki əsas təsvirlər  - palıd budaqları milli hərbi qüdrətimizi, sünbül bərəkəti, ağ rəngli günəş xalqımızın sülhpərvər olmasını göstərir.  Bu da onu göstərir ki, Azərbaycanın gerbi onun dövlətçiliyinə və gələcək inkişafına, strategiyasına söykənən əsas amilləri özündəəks etdirir.

        Dövlət rəmzlərinin təbliği və öyrənilməsi sahəsində hazırki vəziyyətin təhlili və bundan irəli gələn vəzifələrin müəyyən olunması da vacibdir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”  Sərəncam ilə iradəsini qəti ortaya qoydu. Bu isə onu göstərir ki, təbliğat sahəsində işlərimiz hələ kifayət səviyyədə deyildir. Sevindirici haldır ki, bu sahədə boşluğun aradan qaldırılmasında aparıcı rol oynayan Təhsil nazirliyi, konkret olaraq bu kitabın müəllifi hörmətli nazirimiz cənab Misir Mərdanov bunları göstərir, konkret təkliflərini verir. Hesab edirəm ki, nəinki təhsil işciləri, bütövlükdə Azərbaycan ictimaiyyəti, o cümlədən mənsub olduğum qeyri-hökümət təşkilatları bu sahədə xüsusi fəallıq göstərməlidirlər. Əgər biz xarici ölkələrin nümunələrinə fikir versək, məsələn, Türkiyədə dövlət rəmzlərinə olan münasibət bizim üçün də örnək olmalıdır. Bir vətəndaş kimi mənim üçün heç cür izaholunmazdır ki, mərasimlərimizdə dövlət himnimiz texnika vasitəsilə səsləndirilir. Hesab edirəm ki, gənclərimiz Azərbaycanın himnini nəinki sevməli, eyni zamanda onu dərk etməlidir. Dəfələrlə şahidi olmuşam ki, Azərbaycanın vətənpərvər oğulları himnimiz səslənəndə özlərini saxlaya bilməyiblər, gözlərindən yaş axıbdır. Eşq olsun o insanlara ki, bu hissləri özlərində həmişə yaşadırlar!

Doğrudan da Azərbaycanın himninin gücü, onun əzəməti Azərbaycanı sevən hər bir insana güclü təsir göstərməyə qadirdir. Ona görə hesab edirəm ki, Azərbaycanın dövlət himnini öyrənməyimiz, bilməyimiz milli qürurumuzu, milli immunitetimizi daha da artırar, yüksəldər.

Kitabda düzgün qeyd olunur ki, Təhsil nazirliyi əsas strategiyasını müəyyənləşdirərkən dövlət rəmzlərinin təbliği sahəsində məhz bu amillərə xüsusi yer verməlidir. Ədalət naminə demək lazımdır ki, son zamanlar bu sahədə müəyyən addımlar atılmışdır. Orta məktəb kitablarının ilk səhifələrində dövlət himninin mətninin verilməsi, himnin orta məktəbdəöyrədilməsi, bayrağımızın qaldırılması çox mütərəqqi və arzuolunan bir haldır.

Kitabda maraqlı bir məsələyə də toxunulur: 9 noyabr bayraq günü kimi qeyd olunsun. Doğrudan da çox təqdirəlayiq bir təklifdir. Hesab edirəm, biz mərasim iştirakçıları adından belə fikir irəli sürə bilərik ki, 9 noyabr Azərbaycanın dövlət bayrağı günü kimi qeyd olunsun. Yəqin ki, bunun əhəmiyyəti barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Yalnız bir faktı vurğulamaq istəyirəm ki, həmin gün biz özümüz sanki bayrağımızın sehri, təsiri altına düşə bilərik və dövlət bayrağımızın özündəəks etdirdiyi məna və çalarları bir daha öyrənə bilərik.

Kitabın əsas məğzi dövlət rəmzlərinin izahı ilə yanaşı, Azərbaycanın milli ideologiyasını özündəəks etdirməsidir. Tarixə istinadən demək istəyirəm ki, təxminən 5-6 il bundan əvvəl dövlət ideologiyası ətrafında ciddi müzakirələr aparılırdı. Hesab edirəm, məhz bu əsərin nəşri həmin sahədə olan müzakirələrə son qoymaq üçün çox gözəl bir imkandır. Eyni zamanda dövlət ideologiyasının və dövlətimizin, müstəqilliyimizin sevilməsi baxımından da xeyli önəmlidir.

Mən kitabın müəlliflərinə və elmi redaktoruna təşəkkürümü bildirirəm. Bu kitab  Azərbaycanın əsrin əvvəllərindəki və çağdaş, müasir tarixini  oxucularımıza çox gözəl şəkildə çatdırır.  Hesab edirəm, bu əsər Azərbaycan oxucularının masası üzərindən heç vaxt əskik olmayacaqdır. Bu kitab Azərbaycanı sevənlərin, dövlətçiliyimizə sədaqətli olanların, onun uğrunda vuruşanların həmişə stolüstü kitabı olacaqdır.

Çox yaxşı olardı ki, kitabın geniş kütləyə çatdırılması işi uğurla qurulsun. Yaxşı başa düşürəm ki, indi bu sahədə müəyyən çətinliklər mövcuddur. Ancaq inamımı bildirmək istəyirəm ki, bu kitabın geniş kütləyə çatdırılması bizim bir sıra problemlərimizin həllinə çox kömək edərdi.

Mərasim iştirakçılarına bir daha təşəkkür edirəm. Kitabın müəlliflərinə, elmi redaktoruna dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

                               

 

               AZƏRBAYCAN  DİLLƏR UNİVERSİTETİNİN REKTORU,

                  MİLLİ MƏCLİSİN DEPUTATI SƏMƏD SEYİDOVUN

                                             ÇIXIŞI 

 

        - Hörmətli xanımlar və cənablar!

        Hörmətli toplantı iştirakçıları!

        Bu gün biz xalqımız, dövlətçiliyimiz üçün böyük əhəmiyyəti olan bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Fransız xalqının görkəmli oğlu general de Qol XX əsri millətlər əsri, millətlərin yürüş əsri adlandırmışdır. Keçən əsrin əvvəllərində bütün mədəni dünya ayağa qalxıb öz azadlıqı və müstəqilliyi yolunda yürüşə başlayanda xalqımızın böyük şairi Məhəmməd Hadi demişdir:

 

                Qoymuş millət imzası övraqi - həyata,

                Yox millətin imzası imzalar içində.

               

Keçən əsrin əvvəllərində taleyin hökmü ilə bizə millətlərin imza atdığı vərəqəyə imza atmaq imkanı yaranmışdır. Öz bayrağımız, milli dövlətimizin gerbi, milli marşımız, himnimiz yaranmışdır. Amma şimaldan əsən “Qırmızı imperiya” küləyi 23 aydan sonra milli dövlətçiliyimizi, milli dövlət rəmzlərimizi yerlə-yeksan etdi 70 il ərzində biz rəmzlərimizin adını belə çəkməyə ehtiyat edirdik, qorxurduq.

Məmməd Əmin Rəsulzadənin gözəl, dahiyanə kəlmələrini yadımıza salaq: “Bir kərəyüksələn bayraq, bir daha enməz!” Bəli, bir dəfə yüksələn bayraq bir daha enməz. Bu sözlərdə gözəl məntiq vardır.  Ancaq bir dəfə yüksələn, qurulan dövlət süquta yetirilə bilər. Tarix bunu göstərdi. Yəni, müstəqilliyi əldə etmək mümkündür, müstəqilliyi qoruyub saxlamaq çox çətindir.  

Hörmətli Prezidentimizcənab Heydər Əliyev öz müdrikliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Müstəqilliyimizi qoruyub saxlamaq üçün konkret addımlar atıldı. O addımlardan biri də dövlət rəmzlərinə həmişə hörmət edilməsi və dövlət rəmzlərinin bütün millət tərəfindən dərindən öyrənilməsi məsələsidir.

        Müəlliflər- hörmətli professor Misir Mərdanov, hörmətli Əsgər Quliyev və kitabın elmi redaktoru hörmətli Ramiz müəllim rəmzlərimizə layiq çox dəyərli bir kitab hazırlamışlar. Bu kitabın ən gözəl, ən əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, bu kitabda dövlət rəmzlərinin həm keçmiş, həm dəmüasir tarixindənəyani şəkildəbəhs olunur. Göstərir ki, Gəncə şəhərində Azərbaycan Xalq Cvmhuriyyəti elan edildikdən 24 gün sonra 21 iyun 1918-ci ildə qəbul olunmuş Dövlət bayrağımız qırmızı rəngdə, ortasında isə 8 guşəli ulduz olmuşdur. Həmin il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə indiki üçrəngli daha mənalı, daha məzmunlu milli bayrağımız təsis olunmuşdur.

        kitabda Cəfər Cabbarlının gözəl kəlmələri vardır:

 

          Bu göy boya göy moğaldan qalmış bir türk nişanı,

          Bir türk oğlu olmalı!  

          Yaşıl boya islamlığın sarsılmayan imanı,

          Ürəklərə dolmalı!

          Şu al boya azadlığın, təcəddüdün fərmanı,

          Mədəniyyət bulmalı!

          Səkkiz uclu şu yıldız da səkkiz hərfli “Od yurdu”,

 

misralarını da siz bu kitabda oxuya bilərsiniz.

Müəlliflər kitabda müasir tariximizə də geniş yer ayırmışlar. Cənab Heydər Əliyevin fəaliyyəti,  onun dövlət rəmzlərinə hələ Naxçıvanda olarkən münasibəti və gördüyü işlər kitabda öz gözəl əksini tapmışdır.

        Hörmətli mərasim iştirakçıları, biz işimizləəlaqədar tez-tez xarici ölkələrdə səfərlərdə oluruq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab Heydər Əliyev  bu il yanvar ayının 25-də Strasburq şəhərində Avropa şurası parlament assambleyasının qarşısında üçrəngli bayrağımızı Azərbaycan himninin təntənəli sədaları altında Avropa dövlətlərinin bayraqları ilə eyni səviyyəyə qaldırdı. Bayrağımız qalxdıqca hiss edirdik ki, biz azərbaycanlılar ucalırıq,Azərbaycan ucalır. Mən həmin dəqiqələri heç vaxt yadımdan çıxara bilməyəcəyəm. Cənab Heydər Əliyev bu tarixi anı bizim beynimizə həkk etdirdi mən orada, həmin mərasimdə iştirak edərək, onun mənasını indi dərindən hiss edirəm ki, dövlət rəmzlərinin gücü, əhəmiyyəti nə dərəcədə yüksək, nə dərəcədə təsiredicidir.

        Möhtərəm Prezidentimizin titanik siyasi fəaliyyəti, fenomenal rəhbərlik istedadı sayəsindəAzərbaycan dünyada sanki günəş kimi yenidən parladı. Biz inanırıq ki, möhtərəm prezidentimiz Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının binaları qarşısında əzəmətlə dalğalanan üçrəngli Azərbaycan bayrağını daha yüksəklərə, yeni böyük zirvələrə qaldıracaqdır.

Biz inanırıq ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bütün dünya azərbaycanlıları bir araya gəlib vətənimizin bütövlüyü uğrunda “İstiqlal” mahnısını bir ağızdan oxuyacaqlar:

 

                Səndən ötrü can verməyə cümlə hazırız!

                Səndən ötrü qan tökməyə cümlə qadiriz!

                Üçrəngli bayrağınla məsud yaşa!

 

Çox sağ olun.

X              X              X                     

 

                      PREZİDENTİN İCRA APARATININ İCTİMAİ-SİYASİ 

                          ŞÖBƏSİNİN MÜDİRİ ƏLİ HƏSƏNOVUN ÇIXIŞI

 

        - Hörmətli mərasim iştirakçıları!

        Əziz qonaqlar!

        Bu gün Azərbaycan üçün əlamətdar olan bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Azərbaycanın müstəqilliyinin 10 illiyi ilə bağlı mühüm hadisələrin qeyd olunduğu ərəfədə Respublikamızın dövlət rəmzləriniözündə yaşadan və təbliğ edən belə bir kitabın buraxılması çox böyük tarixi və milli dövlətçilik əhəmiyyətinə malikdir. Mən ilk növbədə bu kitabın ərsəyə gəlməsində mühüm xidmətləri olan müəlliflərə - hörmətli nazirimiz Misir Mərdanova, kitabın ikinci müəllifi Əsgər Quliyevə və kitabın elmi redaktoru hörmətli Ramiz müəllimə minnətdarlığımı bildirirəm. Ən əsası belə bir kitabın geniş oxucu kütləsinə çatdırılması, onun Azərbaycanın dövlət rəmzlərini həm ölkəmizin daxilində, həm də xaricində təbliğ olunması təşəbbüsünü qanunvericilik şəklində, 1998-ci il 13 mart fərmanı ilərəsmi şəkildə təsdiq etdiyinə görə Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının milli lideri cənab Heydər Əliyevə öz minnətdarlığımı bildirirəm.

        Bilirsiniz ki, 5 tl bundan qabaq biz Azərbaycanın dövlətçilik rəmzlərinin təbliği, onların geniş oxucu kütləsi, Azərbaycan vətəndaşları arasında yayılması haqqında düşünmürdük. 5 il bundan qabaq biz Azərbaycanın dövlətçiliyinin, ölkəmizin bütövlüyünün qorunması  haqqında düşünürdük.  Biz Azərbaycanın tutduğu sivil, demokratik yolla maneəsiz getməsi üçün bütün məsələlərin həll edilməsi haqqında düşünürdük.

        Müstəqil dövlətimizin 10 illiyi ərəfəsində, dövlət rəmzlərinin daha geniş yayılması, daha geniş təbliği, onun bütün dünyada tanıdılması və bu rəmzlərin birləşdirici amil kimi Azərbaycan xalqı arasında geniş təbliği, sözsüz ki, bu gün mühüm əhəmiyyət kəsb edir.

Amma gəlin biz müstəqil Azərbaycan dövlətinin keçdiyi bu 10 illik tarixin ilk, ziddiyyətli və çox mürəkkəb dövrünə bir daha qayıdaq. Hər halda bu, kitabda çox geniş şəkildə və tarixi sənədlər əsasında verilibdir.

        Təsəvvürünüzə gətirin, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında, tam blokadaya alınmış, bu diyarda demokratik düşüncəli insanlarının əzmini, iradəsini qırmaq üçün Azərbaycanın o zamankı rəhbəri Ayaz Mütəllibov tərəfindən bütün “oyunlar” qurulurdu, həyata keçirilirdi. Belə bir dövrdə, ölkəmizin Azərbaycan Xalq Cvmhuriyyəti tərəfindən əsası qoyulmuş milli, üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilərəsmi dövlət bayrağı kimi bu məclisin foyesinə gətirilirdi. Bu, o dövr idi ki, 20 yanvar qırğınında həlak olmuş Azərbaycan vətəndaşlarının meyitləri üzərindən addımlayaıb hakimiyyətə gəlmiş Ayaz Mütəllibov hakimiyyəti, hakimiyyəti ələ keçirmiş, qəsb etmiş Ayaz Mütəllibov komandası hər vəchlə SSRİ-nin yaşadılmasına çalışırdı.  Ayaz Mütəllibov fövqəladə rejim şəraitində bütün gücü ilə SSRİ-nin qorunub saxlanması ilə bağlı 17 mart referendumu keçirmişdi vəbütün gücü ilə SSRİ-nin rəmzlərini yaşatmağa çalışırdı. Bu, həmin o günlər idi ki, bundan bir az əvvəl, avqust ayında Moskvada qiyam törətmiş “QKÇP”ni Azərbaycan rəhbərliyi dəstəkləmişdi. Bu o zaman idi ki, Naxçıvanda demokratik düşüncəni, Heydər Əliyevi və iyulun 22-də Heydər Əliyevin Naxçıvana gəlişi  ilə bağlı vüsət almış milli azadlıq hərəkatını boğmağa çalışırdılar. Məhz o zaman Azərbaycanın milli bayrağının ölkəmizin bir ərazisində dövlət bayrağı kimi qəbul olunması, təsdiq edilməsi və Azərbaycanın Xalq Cümhuriyyətinə məxsus olan bayrağın, gerbin və himnin dövlət rəmzləri kimi təsdiq olunmasının Azərbaycanın ali rəhbərliyinə tövsiyə edilməsi böyük tarixi hadisə idi. Təsəvvür edirsinizmi, o dövrdə bunu etmək nə dərəcədə qəhrəmanlıq idi. Təsadüfi deyildir ki, bu gün Azərbaycan Respublikasının Dövlət rəmzlərinin təsvirini və izahını verən bu kitabın üzərində dövlətimizin qurucusu, memarı, hörmətli Prezidentimiz cənab Heydər Əliyevin şəkli verilibdir.

Düzgün olaraq verilibdir. Çünki bu gün dövlət rəmzlərinin yaşadılması haqqında danışmaq çox asandır. O  şəraitdə vəAli Məclisin sədri olmaya-olmaya cənab Prezidentimiz Heydər Əliyevin adi bir deputat kimi o iclasda təşəbbüsü öz əlinə alması, sədrlik etməsi və bu dövlət himnini bütün o təzyiqlərə, təxribatlara, qurulmuş müxtəlif “oyunların” törətdiyi mənfi nəticələrə baxmayaraq qəbul etdirilməsi Azərbaycanın bugünkü tarixi üçün, sözsüz ki, gələcəyi üçün də, ümumən dövlətçilik tariximiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın müstəqil dövlətçilik tarixinə oradan-buradan özünü “pərçim etmək” istəyənlər, az qala özlərini demokratiyanın, milliliyinin, müstəqilliyin qarantları, simvolları kimi qələmə vermək istəyənlər o zaman hərəsi bir tərəfdən bu bayrağın qəbul olunmasına, Azərbaycanın milli dövlətçilik rəmzlərinin yaşadılmasına bütün gücləri ilə mane olurdular. Bunlar hamımızın gözləri qarşısında baş veribdir. Bu tarix burada əyləşənlərin əksəriyyətinin yaddaşında hələ hadisə kimi yaşamaqdadır.

        Hər bir müstəqil dövlətin yaşaması, mövcudluğu üçün, müxtəlif tarixi-coğrafi ərazinin dövlətə çevrilməsi üçün, onun hüdudlarının sərhədə çevrilməsi üçün, bir yerdə yaşayan müxtəlif qrup insanların xalq olması və dövlət qurması üçün, bildiyiniz kimi, əsas amillərdən biri o xalqın əzmi, iradəsidir və bu əzmin, iradənin ortaya qoyulmasıdır. Xalqın əzminin, iradəsinin ortaya qoyulması da müstəqil, milli dövlət qurmaq üçün bəs etmir. Belə nümunələr kifayət qədər çoxdur.

Yəni xalqın xalq,  ərazinin dövlət olması üçün xalqın əzmini, iradəsini özündəəks etdirən, yaşadan, həyata keçirən milli liderə ehtiyac vardır. İnamla deyə bilərik ki,  Azərbaycanın müstəqilliyinin bu on ilində xalqımız bu çətin, ziddiyyətli məqamlardan ona görə müvəffəqiyyətlə keçdi, ona görə öz dövlətçiliyini qoruyub yaşada, saxlaya bildi, bu gün özünün dövlətçilik rəmzlərini ona görə müvəffəqiyyətlə nümayiş etdirir ki, milli lideri var idi və bu gün də vardır. Milli liderin, sadəcə, mövcudluğu da xalqı çətin yollardan keçirib müstəqil dövlətə, milli, daimi dövlətə qovuşdurmaq üçün bəs etmir. Milli lider həm də öz xanlqının önündə getməyi bacarmalıdır, yaradıcı lider olmalıdır, xalqı öz arxasınca onun tarixi, milli ideyaları ətrafında birləşdirib aparmağı bacarmalıdır. Azərbaycanın milli lideri Heydər Əliyevin üstünlüyü ondadır ki, - bu, kitabda da  öz əksini tapıbdır, - o, Azərbaycan dövlətinin, xalqının milli inkişaf konsepsiyasını, onun milli dövlət prinsiplərini ortaya qoya bildi və indi onu müvəffəqiyyətlə həyata keçirir. Hamımızı bu rəmzlər ətrafında, Azərbaycanın milli bayrağı, gerbi, himni ətrafında birləşdirən simvollar məhz Azərbaycan Prezidenti cənab Heydər Əliyev tərəfindən illərlə bu xalqın içərisində təbliğ olunub, yaradılıb və hayata keçirilibdir.

Azərbaycanın dövlətçilik ideyası, ölkəmizdə sivil dövlət qurmaq maraqları və ona doğru gedən yoıllar, Azərbaycan iqtisadiyyatının qurulması, bazar iqtisadiyyatı prinsiplərinə müvafiq inkişaf etdirilməsi, ölkəmizin Avropaya inteqrasiyası, respublikamızda milli həmrəyliyin, vətəndaş birliyinin konsepsiyası, qanunçuluğun yaradılması və onun konseptual əsaslarının həyata keçirilməsi məhz bu liderin adı ilə bağlıdır.  

Bu gün, yeni, XX1 əsrin başlanğıcında Azərbaycan öz müstəqill dövlətçiliyini yaşatmaq, onu hansısa təxribatlardan qorumaq,ərazi bütövlüyünü bərpa etmək haqında düşünür. Azərbaycan dövlətinin gələcəkdə Avropa Birliyində yer tutması haqqında düşünür. Onu fərqləndirən rəmzlərin ayrı-ayrı xaricdə yayılması, dövlətimizin gələcəyi  haqqında, region münasibətlərinə, beynəlxalq münasibətlərəonun təsiri, dövlətimizin dünya siyasətindəki yeri haqqında düşünür. Bütün bunların sözsüz ki, əsas səbəbkarı Azərbaycan xalqıdır, onun əzmi, iradəsidir, Azərbaycan xalqının əzmini, iradəsini özündə birləşdirən və bu əzmi, iradəni yönəltməyi bacaran, onu düzgün məcraya istiqamətləndirən, Azərbaycan xalqını öz arxasınca aparmağı bacaran milli liderimiz Heydər Əliyevin xidmətləridir.

        Bu gün bu nəşrin müəlliflərinə, onun elmi redaktoruna, kitabın ərsəyə gəlməsində xidməti olan bütün insanlara həm də ona görə minnətdaram ki, bütün bu dövrün tarixi konkret faktlarla əks olunubdur.

Bildiyimiz kimi,  Azərbaycanın dövlət rəmzləri xalqımizın əzm və iradəsinin rəmzidir. Müstəqil dövlət qurmaq haqqında arzu və istəyinin, bu arzu və istəyə qoğru gedən yolda atdığı düşünülmüş addımlarının, milli-mənəvi dəyərlərinin rəmzidur. Azərbaycan xalqının daxili və xarici aləminin rəmzidir ki, burada o, özünü yaşadır. Yeni əsrin başlanğıcında bu rəmzlərin geniş şəkildə yayılması, təbliğ olunması, milli dövlətçiliyimizin gələcək inkişafı haqqında düşünülməsi, sözsüz ki, Azərbaycanın bütün düşüncə adamlarının, bütün ziyalılarının ümdə vəzifələridir.

Bu kitabın ərsəyə gəlməsi və Azərbaycan oxucularına təqdim edilməsi münasibətilə oxucuları bir daha təbrik edirəm. Kitabın müəlliflərinə minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, - burada bu təklif səsləndi, - yaxın zamanlarda kitab kütləvi nəşrlə Azərbaycanın hər bir ailəsinə, vətəndaşına çatdırılsın. Eyni zamanda, ölkəmizi,  Azərbaycanın dövlətçilik tarixini öyrənmək istəyən insanlara bu kitab ayrı-ayrı xarici dillərdə çatdırılsın. Diqqətinizə görə çox sağ olun.

X              X              X

         

                        TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

         - Hörmətli mərasim iştirakçıları!

        Hörmətli xanımlar və cənablar!

        Hər şeydən öncə mən bizim dəvətimizi qəbul edib bu tədbirdə iştirak edənlərin hər birinə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm.

        Bu gün bu möhtəşəm “Gülüstan” sarayında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının on illiyi ərəfəsində həmin tarixi hadisəyə, yəni müstəqilliyimizin bərpasınınyubileyinəən dəyərli ərmağan hesab etdiyimiz və milli müstəqilliyimizin müqəddəs atributlarının sistemli şəkildə araşdırılmasına həsr olunmuş “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabının təqdimetmə mərasiminin dövlət səviyyəsində keçirilməsindən bir müəllif kimi çox böyük fərəh  və məmnunluq hissi keçiririəm. Böyük məmnuniyyət hissi ilədemək istəyirəm ki, bu tədbirin keçirilməsinə belə yüksək şərait yaratmış müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu möhtərəm Prezidentimiz, Zati-aliləri cənab Heydər Əliyevə öz adımdan,  hamımızın adından ən dərin hörmət və ehtiramımızı, sonsuz minnətdarlığımızı yetirir və ona ən xoş arzularımızı çatdırmaq istəyirəm.

        Məndən əvvəl bu kitab haqqında çıxış edən hörmətli ziyalılarımızın dediklərini təkrar etməmək şərtilə, bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Bildiyiniz kimi, bu gün təqdim olunan bu əsər Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamına əsasən Təhsil Nazirliyində hazırlanmış, möhtərəm Prezidentimizin xeyir-duası, Prezidentinicra aparatının rəhbəri, hörmətli cənab Ramiz Mehdiyevin ümumi elmi redaktəsi ilə işıq üzü görübdür. Bu əsərdə dövlətçilik və milli simvolika tarixində ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərinin yaranması tarixi diqqətlə izlənir, milli dövlətçilik atributlarının bərpası, onların qəbulu və təbliği yolunda Prezident Heydər Əliyevin müstəsna rolu vurğulanır, üçrəngli milli bayrağımız və dövlət gerbimiz, onlarda əks olunan simvolların məna və funksiyası lkin tarixi mənbələr və qaynaqlar əsasında araşdırılır.

Milli himnizin “Azərbaycan marşı”nın təkümülü və ideya-məzmun xüsuiyyətləri tarixi-filoloji planda, müstəqil dövlətçilik təfəkkürü işığında təhlil olunur. Ən başlıcası isə, dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən bugünkü müstəqil Azərbaycana qalmış milli-mənəvi dəyərlər kimi qiymətləndirilir.

        Mən burada bu kitabın yaranması tarixini xatırlatmaq, bütün ümumilli məsələlərdə olduğu kimi, bu gün təqdim olunan əsərin də ideya rəhbərinin məhz möhtərəm Prezidentimiz cənb Heydər Əliyev olduğunu bir daha vurğulamaq istəyirəm. Bu əsərdəki təhlil və araşdırmaların mərkəzində Heydər Əliyev şəxsiyyətinin, Heydər Əliyev intellektinin, onun milli dövlətçilik təfəkkürünün nəticəsi olaraq yaranmış müstəqil Azərbaycan dövlətçiliyi konsepsiyasının durduğunu da xüsusilə diqqətə çatdırmaq istəyirəm.

        bunu da deməyi özümə borc bilirəm ki, hələ 1997-ci il sentyabrın 1-də yeni dərs ili günü Bakıdakı 18 nömrəli məktəbdə görüş zamanı söylədiyi tarixi nitqində möhtərəm Prezidentimiz cənab Heydər Əliyev çağdaş Azərbaycan dövlətçiliyində ilk dəfə olaraq, dövlətçilik atributlarının milli-mənəvi tərəqqidə, vətəndaş cəmiyyətinin formalaşmasında,  gənclərin vətənpərvərlik tərbiyəsində, Azərbaycan cəmiyyətində milli dövlətçilik təfəkkürünün və düşüncəsinin təkamülü və inkişafında roluna dair özünün milli konsepsiyanı verdi. Bu istiqamətdə Azərbaycan cəmiyyətində, xüsusən təhsilimizin məzmununda mövcud olan boşluqları doldurmaq, dövlətçilik atributlarının tədqiqi, onların tədrisi və öyrənilməsi sahəsində sistemli iş aparılmasını təmin eimək məqsədi ilə, həmin çıxışında möhtərəm Prezidentimiz xüsusi Fərman da verəcəyini xatırlatdı və çox keçmədi ki, 1998-ci ilin martında Sərəncamı imzalamaqla dövlətçiliyimizdə analoqu olmayan addım atmış oldu.

Fərəhli haldır ki, həmin Sərəncamla “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabının hazırlanması  Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olundu. Həmin işin məhz bizə həvalə edilməsini  möhtərəm Prezidentimizin təhsilə, təhsil sisteminə inam və qayğısının, hörmət və ehtiramının nəticəsi hesab edirik. Bu addımı təhsil işçiləri çox yüksək qiymətləndirirlər.

        Hörmətli mərasim iştirakçıları, görünür, bu da taleyin hökmüdür ki, həmin sərəncamdan bir neçə gün sonra mən möhtərəm Prezidentimizin Fərmanı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olundum.  Xoşbəxtlikdən iş elə gətirdi ki, bu tarixi missiya, yəni “Azərbaycan Respublikasının dövlət rəmzləri” adlı çox böyük əhəmiyyətə malik olan kitabın hazırlanması məsuliyyəti də mənim və bizim nazirliyin məsul işçisi, filologiya elmləri namizədi Əsgər Quliyevin üzərinə düşdü. Uzun müzakirələr, gərgin axtarışlar, zəngin arxiv materialları, XX yüzilliyin əvvəllərinə dair elmi-nəzəri, ədəbi, siyasi və tarixi qaynaqlar və mənbələr, ən nəhayət,  möhtərəm Prezidentimizin müəllifi olduğu yeni Azərbaycanın dövlət quruculuğu konsepsiyası əsasında bu gün sizə, Azərbaycan cəmiyyətinə təqdim olunan əsər yarandı. Bu əsərin yazarları biz olsaq da, “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabının ideya müəllifi, onun memarı möhtərəm Heydər Əliyev olduğunu mərasim iştirakçıları qarşısında böyük iftixar və məmnuniyyət hissi ilə bir daha bəyan etməyi müəllif kimi özümüzə borc bilirik. Eyni zamanda, bununla böyük iftixar hissi keçiririk.

        Təqdimetmə mərasiminə toplaşdığımız kitabın leytmotivini, onun ana xəttini möhtərəm Prezidentimizin belə bir fikri təşkil edir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq, Üzeyir Hacıbəyovun vəƏhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün hər bir Azərbaycan vətəndaşı üçün əzizdir!”.

Bu, möhtərəm Prezidentimizin sözləridir.

        Azərbaycan Respublikası bu rəmzləri yenidən bərpa etməklə milli dövlətçilik ənənələrinə dərindən bağlı olduğunu, milli mənəvi dəyərlərə hörmətlə yanaşdığını, müasir hüquqi, dünyəvi, sivil  dövlət quraraq beynəlxalq birliyə qovuşmaq arzusunda olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

        Əsərin hazırlanmasında müəlliflərin əsas prinsipi möhtərəm Prezidentimizin belə bir konseptual göstərişini reallaşdırmaqdan ibarət olub ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”.

        Kitab əvvəldən axıradək milli dövlətçilik atributlarına - milli bayrağa, himnə və gerbə dərin hörmət hissləri aşılamaq ruhudnda qələmə alınıbdır. Bütün təhlil və araşdırmalar, materiallar məhz bu yüksək amalın Azərbaycan oxucusuna gərəyincə çatdırılmasına, gənc nəslin müstəqilliyin müqəddəs rəmzlərinə dərin hörmət və ehtiram, Vətənimizə, Azərbaycanımıza, Azərbaycançılığımıza, Türkçülüyə, Türk dünyasına, islami dəyərlərə, Qərb sivilizasiyasına məhəbbət ruhunda tərbiyə olunmasına yönəldilibdir. Bu mənada bizim əsas məqsədimiz  möhtərəm Prezidentimizin belə bir dahiyanə fikrini Azərbaycan cəmiyyətinə çatdırmaqdan ibarət olubdur.  Prezidentimiz deyir: “Bizim ölkəmizin vətəndaşları, bəlkə də hamısı istənilən səviyyədə bunu dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndəən yüksək əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərində etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir. Bu, həqiqətən belədir!...”

Hörmətli mərasim iştirakçıları!

Çıxış edən çox hörmətli ziyalılarımız təqdim olunan kitabın məziyyətləri, onun milli tərbiyədə, təhsilimizdə, dövlətçilik tariximizin öyrənilməsində rolu haqqında kifayət qədər ətraflı danışdılar, əsəri yüksək dəyərləndirdilər. Bu qiymətə, bu diqqətə görə çıxış edənlərin hər birinə müəlliflər adından səmimi minnətdarlığımı çatdırmaq istəyirəm.

Bizim bu mötəbər məclisimizi çox yüksək səviyyədə idarə edən baş nazirin müavini, xalq yazıçısı, hörmətli Elçin Əfəndiyevə də təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik.

Bu gün Sizin və Azərbaycan ictimaiyyətinin diqqətinə təqdim olunan  “Azəpbaycan Respublikasının dövlət rəmzləri” kitabını səbr və təmkinlə redaktə etmiş, öz dəyərli göstərişləri və tövsiyələri ilə müəlliflərə həmişə yaxından kömək göstərmiş Prezidentin icra aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, hörmətli Ramiz Mehdiyevin xidmətlərini xüsusi vurğulamağı özümə borc hesab edirəm və ona dərin hörmət və minnətdarlığımı çatdırmaq istəyirəm.

Bütün bunlarla yanaşı, sözümün sonunda “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabını böyük həvəs və yüksək peşəkarlıqla, yüksək poliqrafik səviyyədə, özü də təmənnasız nəşr edərək sizə çatdırdığına görə “Çaşıoğlu” nəşriyyatının bütün əməkdaşlarına da öz təşəkkürümü və minnətdarlığımı bildirirrəm.

Hörmətli mərasim iştirakçıları!

Son olaraq mən sizin hamınıza, bizim dəvətimizi qəbul edib bu gün burada iştirak edənlərin hər birinə, eyni zamanda “Gülüstan” sarayının  rəhbərliyinə, onun bütün əməkdaşlarına bu mərasimi yüksək səviyyədə təşkil etdiklərinə görə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox sağ olun, hamınıza minnətdaram.

                                       x    x   x

Elçin Əfəndiyev: Əziz dostlar, artıq altı nəfər çıxış etmişdir, amma yenə çıxış etmək istəyənlər var. Mən elə bilirəm ki, bu çıxışlar “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabının müasir ictimai fikrimizdəki əhəmiyyətini, ümumiyyətlə, dövlətçiliyimizin təsdiq olunması kimi böyük vətəndaşlıq işində onun əlamətdar bir hadisə olmasını əyani şəkildə göstərdi. Ona görə də elə bilirəm ki, çıxışları kəsmək olar.

Mən bu mərasimi belə bir inam hissi ilə bağlı elan etmək istəyirəm ki, bu kitabın taleyi çox uğurlu olacaq vəo, Azərbaycan dövlətçiliyinin bərqərar olunmasında, daha da inkişaf etməsində, möhkəmlənməsində öz tarixi missiyasını ləyaqətlə yerinə yetirəcəkdir. Çox sağ olun. Hamınıza təşəkkür və minnətdarlığımı bildirirəm.

                                 x   x   x

Təqdimetmə mərasimindəRrezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Gövhər Baxşəliyeva, Ziyafət Əsgərov, Prezidentin icra aparatının şöbə müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları, ictimayyətin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nvidia” və “Unitree” humanoid robotların hazırlanması üçün etalon platforma təqdim edib

Uşaq məhsullarına dair yeni dövlət standartları qəbul edilib

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı