AZƏRBAYCAN RESPUBLİKASININ HİRKAN MİLLİ PARKININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Lənkəran və Astara rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 21435 hektarlıq sahəsində Azərbaycan Respublikasının Hirkan Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2004-cü il
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]