AZƏRBAYCAN RESPUBLİKASININ MƏNZİL MƏCƏLLƏSİ MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda mənzil qanunvericiliyinin əsaslarını müəyyən edəcək Mənzil Məcəlləsi hazırlanaraq Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
Milli Məclisdən bildirmişlər ki, 16 fəsil, 164 maddədən ibarət olan Məcəllədə mənzil hüquqlarının əsasları, mənzil hüquqlarının məhdudlaşdırılması, mənzil münasibətləri sahəsində dövlətin vəzifələri, mənzil hüquqlarının obyektləri, mənzil fondu, yaşayış sahələrinin növləri, yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə, eləcə də qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi, yaşayış sahəsinin yenidən qurulması, yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələri, çoxmənzilli yaşayış binasında mülkiyyətçilərin ümumi əmlakı, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin verilməsi qaydaları və əsasları, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri, mənzil kooperativ üzvlərinin hüquqi vəzifələri və digər müddəalar əksini tapmışdır.
Sənəddə, həmçinin dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binaların idarə edilməsi, bələdiyyələr tərəfindən çoxmənzilli binaların idarə edilməsi üçün şəraitin yaradılması məsələləri də vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]