AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 2 iyul və 6 iyul 2004-cü il tarixli iclaslarının protokolları təsdiq olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova və MSK katibi Natiq Məmmədov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası Ramiz Əli oğlu Cəfərovun 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının, Səbuhi Yediyar oğlu Gülməmmədovun, Yusif Əli oğlu Sadıqovun və Mübariz İbrahim oğlu Mehrəliyevin 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının, Nazim Əliyar oğlu Mehrəliyevin 36 saylı Xətai dördüncü seçki dairəsi dairə seçki komissiyasının, Eldəniz Həmid oğlu Manafovun isə 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibindən azad olunması barədə qərar qəbul etmişdir.
Komissiya Fərasət Fərrux oğlu Hacıyevin 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının, Babək Hüseyn oğlu Hüseynovun, Fəxrəddin Ziyəddin oğlu Müsəllimovun və Famil Həsən oğlu Həsənzadənin 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının, Anar Varis oğlu Rüstəmlinin isə 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə qərar çıxarmışdır.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.