AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA FEDERASİYASINA RƏSMİ SƏFƏRİ
NAMƏLUM ƏSGƏRİN MƏZARINI ZİYARƏT
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə ilk rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Moskvada Naməlum əsgərin məzarını ziyarət etmişdir.
Dövlətimizin başçısı Moskva Kremlinin yanındakı Aleksandr bağına gəldi. Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Böyük Vətən müharibəsində həlak olmuş sovet əsgərlərinin xatirəsinin rəmzi olan məzarın önünə əklil qoydu.
Hərbi orkestrin ifasında Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndi.
Əklilqoyma mərasimində Rusiyanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, Azərbaycan Prezidentini səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]