Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

Həmin gün Böyük Kreml sarayının “Malaxitovoye foye”sində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya-Azərbaycan sənədlərinin imzalanma mərasimi oldu.

Prezident Vladimir Putin və Prezident İlham Əliyev mərasim iştirakçılarının alqışları altında Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Moskva Bəyannaməsini imzaladılar.

İTAR-TASS və AZƏRTAC agentlikləri arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. Sazişi Rusiya tərəfindən İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, Azərbaycan tərəfindən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzaladılar.

Sonra Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında saziş imzalandı. Bu sənədi Rusiya tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Nikolay Patruşev, Azərbaycan tərəfindən xarici işlər naziri Vilayət Quliyev imzaladılar.

Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında sərbəst ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli Sazişə sərbəst ticarət rejimindən istisnalar haqqında protokolu Rusiya tərəfindən iqtisadi inkişaf və ticarət nazirinin müavini Dmitri Suxoparov, Azərbaycan tərəfindən isə Baş nazirin birinci müavini Abbas Abbasov imzaladılar.

2004-2006-cı illər üçün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar sahədə əməkdaşlıq proqramını Rusiya tərəfindən xarici işlər naziri İqor İvanov, Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Abbas Abbasov imzaladılar.

Sənədlər imzalandıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarla çıxış etdilər.

RUSİYA PREZİDENTİ VLADİMİR PUTİNİN

BƏYANATI

- Hörmətli xanımlar və cənablar!

Mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi Moskvada salamlamağıma ürəkdən şadam. Bu, onun yeni vəzifədə - Prezident vəzifəsində xaricə ilk səfərlərindən biridir. Biz bunu Rusiya-Azərbaycan münasibətlərinə diqqət əlaməti kimi qiymətləndiririk.

Biz iki ölkə arasında münasibətlərin inkişafı üçün son illər çox iş görmüşük. Münasibətlərin möhkəmlənməsində Heydər Əlirza oğlu xüsusi rol oynamışdır. Biz bu görkəmli dövlət xadiminin, qeyri-adi insanın və Rusiyanın səmimi dostunun əziz xatirəsini unutmayacağıq. Bu gün mən “Müqəddəs apostol Andrey Pervozvannı” ordenini saxlanmaq üçün İlham Heydər oğluna verdim. Bu mükafat Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevin xalqlarımız arasında dostluğun və etimadın möhkəmlənməsinə verdiyi müstəsna töhfənin təsdiqi deməkdir.

Bu gün biz Azərbaycan Prezidenti ilə məzmunlu danışıqlar apardıq, gördüyünüz kimi, danışıqların yekunlarına əsasən, Moskva bəyannaməsini imzaladıq. Bəyannamə nəinki strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətində olduğumuzu təsdiqləyir, həm də gələcək perspektiv üçün əməkdaşlığın əsasını müəyyənləşdirir.

Görüşdə biz bir daha təsdiq etdik ki, ölkələrimiz müasir dövrün ən mühüm problemlərinin həllinə eyni və ya oxşar mövqelərdən yanaşır. Məsələn, biz terrorizmlə mübarizədə səyləri birləşdirməyin zəruriliyinə eyni cür baxırıq. Regional və beynəlxalq məsələlərdə, digər qlobal təhdidlərə müqavimət göstərilməsində qarşılıqlı fəaliyyəti gücləndirməyin başqa imkanlarını da real surətdə görürük. Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərkən “Qafqaz dördlüyü” çərçivəsində əməkdaşlığın əhəmiyyətini bir daha vurğuladıq. Əminik ki, Rusiya, Azərbaycan, Gürcüstan prezidentlərinin birbaşa dialoqu regionda sabitliyi möhkəmləndirməyə və bir sıra köhnə problemləri aradan qaldırmağa imkan verəcəkdir.

Xəzər dənizinin hüquqi statusunu da müzakirə etdik. Dağlıq Qarabağ probleminə ciddi diqqət yetirildi. Ermənistan-Azərbaycan dialoquna yenidən başlanması Rusiyada məmnunluqla qarşılanmışdır. Bu gün mən yaranmış vəziyyətin hər iki tərəf üçün məqbul surətdə nizama salınmasına lazımi kömək göstərilməsinə hazır olduğumuzu bir daha təsdiqlədim.

Əlbəttə, biz ikitərəfli işgüzar əməkdaşlığın inkişaf etdirilməsini də ətraflı müzakirə etdik. Ümumi rəyimiz belədir ki, indi əməkdaşlıq genişlənir və bu meyli hər vasitə ilə dəstəkləmək və saxlamaq lazımdır. Belə ki, ötən ilin 11 ayı ərzində qarşılıqlı əmtəə dövriyyəsi, demək olar, 40 faiz artmışdır. Biz mövcud sanballı ehtiyatlardan bundan sonra da istifadə edə bilərik. Qarşılıqlı surətdə faydalı şərtlərlə Azərbaycana enerjidaşıyıcıları göndərilməsinin yeni cədvəli də qəbul edilə bilər. Mən qazı nəzərdə tuturam, biz onu göndərməyə iki il əvvəl başlamışıq. Azərbaycan Prezidenti bu sahədə bəzi məsələləri qaldırdı. Biz onları işgüzar səviyyədə nizama salacağıq.

Əlbəttə, iki ölkənin və ümumən, regionun mənafelərinə ziyan dəymədən, hərbi-texniki sahədə də birgə işin nəticələri olduqca ümidverici ola bilər.

Bu gün 2004-2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq proqramı da imzalandı. Əminəm ki, zəngin mədəni potensialı və elmdə, incəsənətdə, təhsildə ənənəvi surətdə sıx əlaqələri olan dövlətlərimiz üçün bu istiqamətin son dərəcə böyük əhəmiyyəti var.

Xüsusi vurğulayacağam ki, İlham Heydər oğlunun Azərbaycanda rus dilinə münasibətini biz Rusiyada yüksək qiymətləndiririk. Ötən ilin sentyabrında Bakıda keçirilmiş V Ümumdünya rus mətbuatı konqresi Rusiyada böyük müsbət əks-səda doğurdu. Əminəm ki, alimlərin, jurnalistlərin birbaşa ünsiyyəti, təcrübə və ideya mübadiləsi təkcə Azərbaycanda deyil, digər MDB ölkələrində və ümumən, dünyada rus dilinə və mədəniyyətinə marağın artmasına kömək etmişdir.

Sonda bir daha nəzərə çarpdırmaq istəyirəm ki, aparılmış danışıqları çox konstruktiv və faydalı, Prezident İlham Heydər oğlu Əliyevin Rusiyaya ilk rəsmi səfərini isə ikitərəfli münasibətlərimizdə, strateji tərəfdaşlığın, Azərbaycan və Rusiya Federasiyası xalqları arasında dostluğun möhkəmlənməsində çox mühüm mərhələ hesab edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib