Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ LASLO ŞOYOMUN BİRGƏ BƏYANATI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Prezidenti Laslo Şoyomun dəvəti ilə 2008-ci il fevralın 18-19-da Macarıstan Respublikasına dövlət səfəri etdi.

İki Prezident (bundan sonra: Tərəflər) Azərbaycan və Macarıstanın siyasi, sosial və iqtisadi inkişafı, habelə regional və çoxtərəfli əməkdaşlıqla əlaqədar məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Onlar Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında əlaqələrin inkişafı, əməkdaşlığın müasir formalarının araşdırılmasının qarşılıqlı maraq kəsb etməsi fikri ilə çıxış etdilər. Onlar beynəlxalq birliyin hazırkı dövrün təhdid və çağırışları ilə uyğun və səmərəli mübarizəsinin təmin edilməsi məqsədi ilə, BMT-nin islahatlarına xüsusi diqqət yetirməklə BMT, ATƏT və digər beynəlxalq təşkilatların dəstəklənməsi və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək barədə razılığa gəldilər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in Lissabon sammitində qəbul edilmiş 3 prinsip əsasında həllinin vacibliyini vurğuladılar. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiklərini ifadə etdilər.

Hər iki tərəf yekdilliklə beynəlxalq terrorizmi pislədi, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qlobal səylərə dəstəklərini davam etdirəcəklərini təsdiqlədi. Bununla əlaqədar prezidentlər bütün qanunsuz fəaliyyətlərə qarşı mübarizədə BMT, eləcə də Avratlantik qurumları çərçivəsində əməkdaşlığın zəruriliyini qeyd etdilər. Onlar həmçinin Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu qeyd etdilər.

Hər iki Prezident demokratik standartlar, insan hüquqları, plüralizm, qanunun aliliyi və səmərəli idarəçiliyin təşviqi məqsədi ilə Avropa Şurası və ATƏT çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləmək barədə razılığa gəldi.

Tərəflər Avropa qonşuluq siyasəti və Avropa İttifaqı-Azərbaycan fəaliyyət planının səmərəli icrasının əhəmiyyətini vurğuladılar. Bu kontekstdə onlar Azərbaycanın Avropa təsisatlarına inteqrasiyası məqsədi ilə ümumi maraq kəsb edən bütün sahələrdə, xüsusilə aşağıdakı sahələrdə əməkdaşlığı təşviq etmək barədə razılığa gəldilər:

1. Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti ruhunda ümumi maraq kəsb edən genişmiqyaslı xarici siyasət məsələlərində dialoqu intensivləşdirmək;

2. Avropa İttifaqı və Azərbaycan Respublikası arasında təhsil, mədəniyyət, təlim və gənclər siyasəti sahələrində əməkdaşlığa, o cümlədən mədəniyyətlərarası dialoqun təşviqinə yardım;

3. Kənd təsərrüfatı və aqrar sənaye, əczaçılıq, neft kimyası sənayesi, infrastrukturun inkişafı (nəqliyyat, suların təmizlənməsi və suya qənaət sistemləri), planlaşdırma, layihələrin idarə edilməsi, inşaat və regional inkişaf siyasəti daxil olmaqla, enerji və qeyri-enerji sahələrində qabaqcıl təcrübə mübadiləsi;

4. Avropaya inteqrasiya üzrə informasiya və kommunikasiya strategiyasının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi;

5. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor arasında mütəmadi əlaqələrə yardım göstərmək.

Tərəflər Avropanın enerji təhlükəsizliyinin əhəmiyyətini vurğuladılar və bununla əlaqədar Avropanın enerji tələbatının təmin edilməsində Xəzər dənizi regionu enerji ehtiyatlarının artan rolunu xüsusilə qeyd etdilər. Bu kontekstdə Tərəflər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin, eləcə də NABUKKO qaz kəməri layihəsinin həyata keçirilməsinin strateji əhəmiyyətini qeyd edərək, qlobal enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduqlarını ifadə etdilər.

Tərəflər Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizini inkişaf etdirmək üçün nəqliyyat və yüklərin daşınması sahəsində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsini zəruri hesab edirlər. Onlar qeyd etdilər ki, Şərq-Qərb dəhlizinin bir hissəsi kimi, regionun dəmir yolu sisteminin inkişafı qlobal iqtisadi inkişafa, o cümlədən regionda təhlükəsizliyə və sabitliyə əhəmiyyətli dərəcədə yardım edəcəkdir.

Tərəflər hər iki dövlət arasında ticarətin həcmini, iqtisadi və elmi əməkdaşlığın səviyyəsini onların iqtisadiyyatlarının imkanlarına və potensialına cavab verəcək səviyyəyə qaldırmaq, habelə investisiyaların təşviqi də daxil olmaqla, biznes fəaliyyəti üçün əlverişli hüquqi, institusional və digər şəraitin yaradılması üçün əlavə tədbirlər görəcəklər. Bu kontekstdə Tərəflər bu dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında saziş”in, “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş”in, “Azərbaycan Respublikasının xarici işlər naziri və Macarıstan Respublikasının xarici işlər naziri arasında birgə bəyannamə”nin və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Macarıstan Respublikasının İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq haqqında saziş”in imzalanmasını alqışlayırlar.

Tərəflər mədəniyyət, elm, təhsil və tibb, o cümlədən macar və Azərbaycan dillərinin öyrənilməsi və dövlətlərin mədəniyyətlərinin qarşılıqlı şəkildə yayılması sahəsində əməkdaşlığın inkişafının təşviqi zərurəti barədə razılığa gəlirlər. Hər iki ölkə arasında elm, mədəniyyət və kütləvi informasiya vasitələri sahələrində əlaqələr yaradılmalı və inkişaf etdirilməlidir.

Tərəflər enerji təhlükəsizliyinin təmin edilməsinin təxirəsalınmaz zərurətini təsdiq edirlər. Onlar, eyni zamanda, ətraf mühitin mühafizəsi və iqtisadiyyatın davamlı inkişafını xüsusilə əhəmiyyətli hesab edirlər. Bununla bağlı onlar BMT-nin bütün üzv dövlətlərini qlobal istiləşməni və onun zərərli fəsadlarını azaltmaq məqsədi ilə birgə səy göstərməyə çağırırlar. Bununla əlaqədar Tərəflər bütün dövlətlərin azad bazar şərtləri əsasında enerji ehtiyatlarına sərbəst çıxışının təmin olunması zərurətini təsdiq edirlər.

Budapeşt, 18 fevral 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

Prezident: BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq